Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:46

Qırğızıstan prezidenti ölkəni tərk edib


Qırğızıstan prezidenti Kurmanbek Bakiyev ölkəni tərk edərək Qazaxıstana gedib.

Hazırda ATƏTƏ sədrlik edən Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayevin yaydığı bəyanatda bildirilir ki, Bakiyev ölkəni müvəqqəti hökumətin razılığı ilə tərk edib.

Belə bir razılaşma isə Qazaxıstan, ABŞ və Rusiya prezidentlərinin səyi, ATƏT, BMT və Avropa Birliyinin vasitəçiliyi ilə əldə olunub.

Bundan əvvəl Oş şəhərində Bakiyevin tərəfdarları ilə camaat arasında qarşıdurma olub.

Bakiyev şəhərdə çıxış etmək istəsə də camaat buna imkan verməyib.

Bakiyevin cangüdənləri onu hadisə yerindən uzaqlaşdırmaq üçün havaya atəş açmalı olublar.

İnsident zamanı xəsarət alan olmayıb.

Bakiyev bundan əvvəl təhlükəsizliyinə təminat veriləcəyi halda istefa verməyə hazır olduğunu bəyan eləmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG