Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:33

Bu il Azərbaycanda yol qəzalarında 179 adam ölüb


Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsi 2010-cu ilin birinci rübündə Azərbaycanda qeydə alınan yol nəqliyyat hadisələrinin statistikasını açıqlayıb.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik-leytenant Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, cari ilin ilk üç ayı ərzində ölkədə 517 yol nəqliyyat hadisəni baş verib, nəticədə 179 nəfər ölüb, 518 nəfər isə xəsarət alıb.

Baş vermiş yol qəzalarından 245-i Bakıda qeydə alınıb, 88 nəfər ölüb, 231 nəfər isə xəsarət alıb.
XS
SM
MD
LG