Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:17
ƏVVƏLİ BURDA

Əhməd Məmmədov

"YADPLANETLİLƏR AZƏRBAYCANDA"

(Fantastik hekayə)

7

- ...Һüceyrә bütün canlılarda olur, o cümlәdәn bitkilәrdә dә, - Rau tәbәssümlә cavab verdi. – Sizin planetin insanlarının beyin hüceyrәlәrinin çoxusu biz tәrәfdәn qapadılıb, onlar sanki “yatırlar”.

Lakin insan stress vәziyyәtә vә yaxud qeyri-adi vәziyyәtә düşәndә bu hüceyrәlәrin bә`zilәri oyanırlar.

Biz dә sәni sü`ni yolla stress vәziyyәtinә salmalı olduq.

Bulağın başındakı o yanar kürә ilә baş verәn görüntü bunun üçün tәşkil olunmuşdu.- O, bunu deyib ekranın qarşısındakı düymәlәrdәn birini basdı vә yenә sözünә davam elәdi. - Sәni әmәliyyat qurtaranacan danışmaq imkanından mәhrum edәcәyik, bizimlә sәnin aranda birtәrәfli sәssiz dialoq rejimi yaranacaq vә әmәliyyat qurtaranacan bu rejim davam edәcәkdir. Һәr hansı sual sәni maraqlandırsa biz onu eşidәcәyik vә lazım bildiyimizi cavablandıracağıq.

İndi isә mәn sәnә necә olub ki, bu “mәlumat” sәnin şürunda peyda olub onu izah edәcәm. – Rau bunu deyib yenә düymәlәrin birini basdı. – Min il bundan әvvәl bizim düşmәnlәrimiz Paralel dünyada yaşayan görkәmli bir alimimizi oğurlayıblar...

Elçin birinci dәfә idi ki, Paralel dünya sözünü eşidirdi. Odur ki, fikirlәşdi ki, görәsәn bu Paralel dünya nә demәkdir? Yadplanetli onun fikrini eşidib ekrandan gözünü çәkib Elçinә baxdı vә izah elәdi:

- Paralel dünya, yәni ki, o dünya... Siz “Paralel dünyanı”, “O Dünya” adı ilә tanıyırsınız... – O, bunu deyib yenә ekrana baxdı vә sözünә davam elәdi. – Paralel dünyada bizim başqa, daha böyük alimlәrimiz dә yaşayır, lakin nәyә görә mәhz bu alim bizim düşmәnlәrimizә lazım olub, bu bizә qaranlıq olaraq qalır...

Biz hәr beş yüz ildәn bir bu alimә baş çәkib onun әsәrlәrini, әldә etdiyi elmi nailiyyәtlәri ondan öyrәnib ona yeni tapşırıqlar verirdik.

Lakin o, bizim tapşırıqlardan әlavә, onu maraqlandıran Kainatın başqa sirlәri üzәrindә dә işlәyirdi vә tәssüflәr olsun ki, o, bu barәdә heç kimә heç nә söylәmirdi. Ümumiyyәtlә o, çox qapalı bir adam idi, heç qonşularına da qaynayıb-qarışmırdı.

Odur ki, onun son zamanlar hansı sahәdә işlәdiyi bizә mә`lum deyil.

Biz belә ehtimal edirik ki, onun oğurlanmasına sәbәb onun son zamanlar әldә etdiyi elmi nailiyyәtlәr olubdur.

İndi, Elçin, sәnin şüurundakı o “mәlumat” ola bilsin ki, bizә bu alimin hansı sual әtrafında işlәdiyi haqqında bir xәbәr versin, hәm dә bu alimin harda gizlәdildiyini öyrәnәk. Necә olub ki, bu “mәlumat” sәnin şürunda gizlәdilib?

Һәmin alimin oğurlanmasından bir qәdәr qabaq bu dünyada yaşayan bir dәmirçi onun qonağı olub vә üç gün onun yanında qalıb.

Bu dәmirçi sәn yaşayan şәhәrdә yaşayırmış vә günlәrin bir günü hәmin şәhәrin padşahı qәfil xәbәr tutub ki, onun özünә dost hesab etdiyi qonşu ölkәnin padşahı dostluğu pozub, onun üstünә hücum etmәyә hazırlaşır.

Bu gözlәnilmәz xәbәri eşidәn kimi padşah tә`cili müharibәyә hazırlaşmağa başlayıb vә hamını işә sәfәrbәr edib.

Tәbii ki, dәmirçilәrә dә silah-sursat düzәltmәk әmrini verib. İş o qәdәr çox imiş ki, dәmirçilәr gecә-gündüz işlәmәli olublar, onların bә`zilәri hәtta iş başında dünyalarını dәyişiblәr.

Dәmirçilәrdәn biri isә,- bizim alimin qonağı olan,- yeddi gün, yeddi gecә dayanmadan işlәyib, sәkkizinci gün isә yuxusuzluqdan huşunu itirib özündәn gedibdir.

O, yalnız üç gün, üç gecә yatandan sonra ayılıbdır vә o, daha doğrusu onun ruhu, bu müddәt әrzindә Paralel dünyaya keçib, hәmin alimin yanında qonaq olub...

Qısası desәk, bu dәmirçi o dünyaya gedib, qayıdıbdır! - Bunu deyib Rau yenә Elçinin üzünә baxdı vә bir qәdәr susub dedi: – Һәmin dәmirçi sәnin baban olub, ulu baban!

Elçin bu sözlәri eşidәndә sevinclә fәrәhlәndi. Ancaq o, müvәqqәti iflic olduğundan, nә yerindәn dura bildi, nә dә ki, ağzını açıb bir söz deyә bildi. Elә ancaq sonsuz sevinc içindә alışıb yanan gözlәrini tez-tez yumub-açmağa gücü çatdı. Rau gülümsәyib dedi:

- Sakit ol, - o, bunu deyib әlini Elçinin qolunun üstünә qoydu vә sözünә davam elәdi. – İnsanlarda belә bir texniki xüsusiyyәt var, onlardan kim ki, o dünyaya gedib qayıda bilir, orda gördüklәrinin hamısı onun yaddaşına hәkk olunub qalır vә irsi yolla nәsildәn-nәsilә ötrülür.

Sәnin ulu baban orda olan müddәt әrzindә gördüklәrinin hamısı bir lent yazısı kimi onun yaddaşında hәkk olub qalıb, sonra isә bu yazı gәlib sәnә çatıb...

Bu zaman yadplanetlinin qarşısındakı ekranda müxtәlif insan vә heyvan fiqurları olan böyük bir emalatxana canlandı vә burda orta boylu, möhkәm bәdәnli bir kişi peyda oldu.

O, bu fiqurları kimә isә göstәrib Elçinә mә`lum olmayan dildә nә isә deyirdi. Lakin onun söhbәt elәdiyi adam nәdәnsә ekranda görünmürdü vә elә bil hәmin adam әlindә videokamera tutub bu emalatxananı lentә çәkirdi.

- Bax, bu hәmin oğurlanan alimdir, - yadplanetli ekranda görünәn kişini Elçinә göstәrib dedi. – Onun söhbәt elәdiyi adam isә sәnin babandır. Bu görüntülәrin hamısı, sәnin babanın gördüklәridir.

Elçin demәk istәdi ki, bәs mәn babamın üzünü görmәyәcәm? Rau ekrandan gözünü çәkmәdәn cavab verdi:

- Әgәr baban bu üç gün әrzindә güzgü qarşısında durubsa, onda o da görünәcәkdir...

O, sanki bir operator kimi öz “çәkdiyi” lentә düşmür...

Onun yalnız sәsi “lentә” yazılır. – Yadplanetli sözünü yarımçıq qoydu.

Kosmanavtlardan biri әlini ekrana uzadıb nә isә dedi vә onların hamısı daha da diqqәtlә ekrana baxmağa başladılar. Alim burda, divardan asılan ağ rәngli lövhәdә qanadlı bir heyvan şәkili çәkdi vә sonra da Elçinin ulu babası ilә bu heyvanın sarı rәngli metaldan fiqurunu düzәltmәyә başladılar...

Elçin gözlәrini açanda gördü ki, Tapdıq kişinin yanında yuxuya gedibdir. Yadplanetlilәr artıq onun şüurundan “mәlumatı” yazıb götürmüş, sonra da yaddaşından son hadisәlәri silib gәtirib Tapdıq kişinin yanında, bulaqdan bir qәdәr aralı, otların üstündә qoyub getmişdilәr.

Elçin yuxuya getdiyindәn tәccüblәndi vә necә olub ki, yuxuya getdiyini yada salmağa çalışdı. Onun yadına necә bura gәlib çıxdıqları, Tapdıq kişinin necә burda oturub bir qәdәr dincәlmәk istәdiyi düşdü.

Sonra yadına düşdü ki, o, bulaqdan su içib geri qayıtdı vә otların üstündә oturub Tapdıq kişinin ayağa durmasını gözlәdi.

O, özü bu sirli qaya parçasının altını tәk qazmaq istәmәdi, istәdi ki, hәr şey Tapdıq kişinin gözlәri qarşısında olsun. Sonra arada inciklik olmasın deyә, o, belә etdi. Vә...vә necә oldusa o da yuxuya getdi!

Bu Elçinә çox qәribә göründü, çünki o, çox nadir hallarda gündüzlәr yatırdı! Yәqin dağların havasındandır, deyә Elçin düşündü vә yerindәn qalxdı. Tapdıq kişi dә yuxudan oyandı vә yerindәn durub gümrah sәslә dedi:

- Һә, oğul, mәn yaxşıca dincәldim, gedәk, gedәk görәk o daşın altında nә var?!

Onlar qara daşın yanına gәldilәr vә Elçin onun altını qazmağa başladı. Yer möhkәm olduğu üçün çox çәtinliklә qazılırdı. Bunu görәn Tapdıq kişi Elçinә dedi:
- Oğul, belә sәnә çox әziyyәt olacaq, gәl gedәk yoğun bir budaq kәsәk, onu daşın altına salaq qaldıraq.

Elçin qoca ilә razılaşdı. Onlar balta ilә cavan bir ağacın gövdәsini kәsib onu yarpaqlardan tәmizlәdilәr vә daşın altına soxub qaldırdılar. Tapdıq kişi әyilib onun altını yoxladı vә burda torpaqdan savayı heç nә olmadığını gördü.

- Һeç nә yoxdur burda, - o, mә`yus şәkildә dedi, sonra da әlavә elәdi, - Һardadır o bәxt bizdә...?

İndi burda bir qәdәr qızıl olsaydı dünya dağılmazdı ki?!

Bayaqdan daşı zorla saxlayan Elçin nәhayәt ağacı aşağı saldı vә elә hәmin daşın da üstündә oturdu. Tapdıq kişi dә onun yanındakı daşın üstә әylәşdi vә onlar nә edәcәklәri haqqında fikirlәşdilәr.

- Bu yuxunu görәsәn qurban olduğum mәnә nәyә görә göstәrdi, nә demәk istәyirdi mәnә? – deyә Tapdıq kişi yenә yuxusunu yada saldı.
- Tapdıq dayı, bәlkә sәn sәhv salıbsan, başqa daşı yuxuda görübsәn?

Tapdıq kişi bu sözlәri eşidәndә elә bil dirçәlәn kimi oldu vә dedi:

- Bәlkә dә, ay oğul... Yornuğunu al, o biri daşların da altına baxaq....

Belәcә onlar bu daşların hamısını növbә ilә qaldırıb altına baxdılar... Daşların altı heç nә yox idi. Onlar ikisi dә mә`yus olub bulağın başına qayıtdılar vә bir qәdәr dә göy bulağın suyundan içib geri qayıtmağa başladılar.

Tapdıq kişi yenә qabağa düşdü vә onlar söhbәt edә-edә gәlib dәrәnin içindәki çayın yanına çatdılar. O, bayaq Elçinin bura atdığı yastı daşların üstündәn cavan bir oğlan kimi atılıb keçdi vә o biri sahilә çatanda nәdәnsә duruxub Elçinә baxdı.

- Oğul,- dedi, - mәnim dizlәrimin ağrıları tamam keçib, elә bil heç ağrımırdılar, özüm dә elә bil beş-on il cavanlaşmışam... Mәnә nә isә olub!

- Yuxarıdan aşağı enmәk asan olur, Tapdıq dayı, yә`qin ondandır... – deyә Elçin ehtimal elәdi.

- Yox, - Tapdıq kişi dedi. - Әvvәllәr onların ağrısını oturanda da hiss edirdim, indi isә heç bir ağrı yoxdur...

Tapdıq kişi ona nә olduğunu izah edә bilmәdi. O, bilmirdi ki, yadplanetli Rau onu müalicә elәmişdi.

Onlar heç yanda dayanmadan birbaşa kәndә qayıtdılar. Elçin Tapdıq kişidәn xahiş elәdi ki, ona bir banka da bal satsın.

- Dünәn nәnәm bizә gәlmişdi,- o, dedi- bal yaman onun xoşuna gәldi, deyirәm bir banka da alım ona verim...

Onlar maşına oturub Topal Aslanın evinә gәldilәr. Tapdıq kişi gedib ondan balı alıb gәtirdi, sonra da Elçin onu gәtirib evinә qoydu.

O, Zibәr xala ilә dә, balaca Rәsulla da xudafizlәşib şәhәrә qayıtdı.

Onun gözlәri yalnız kәnddәn çıxanda maşının saatına sataşdı vә xeyli tәccüblәndi, - saat artıq beşi göstәrirdi!

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG