Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:13
ƏVVƏLİ BURDA

Əhməd Məmmədov

"YADPLANETLİLƏR AZƏRBAYCANDA"

(Fantastik hekayə)

6

...Onlar dinmәz-söylәmәz qayaların içindә yonulmuş bu tunellә bir xeyli irәlilәdilәr vә gәlib lift qapısına oxşar bir qapının qabağında dayandılar.

Yadplanetli divardakı düymәni basdı vә qapı dәrhal açıldı.

Onlar bura daxil oldular vә Elçin buranın hәqiqәtәn lift olduğunu anladı.

Çox da böyük olmayan bu liftin divarları şüşәdәn idi vә burda bir dәnә dә olsun düymә yox idi. Qapı örtüldükdәn sonra yadplanetli öz dilindә nә isә dedi vә lift dәrhal aşağı yönәldi.

Elçinin qanı lap qaralmışdı.

O, yadplanetlinin üzünә deyil, gah yerә, gah liftin şaxtası boyu düzülәn lampalara baxır, ona nә olacağı haqqında düşünürdü.

O, qәtiyyәn bu yadplanetliyә inanmırdı.

Lakin o, hәlә tunelә daxil olanda bayaq bulağın başında olduğu kimi müxtәlif sәslәr eşitmәyә başlamışdı.

Sanki kimsә ona deyirdi ki, sәn heç nәdәn ehtiyat etmәmәlisәn, sәnә heç nә olmayacaq, bir neçә saatdan sonra sәn yenә bulağın başına qayıdacaqsan, sәn bu yadplanetliyә kömәk etmәlisәn...

Bu sözlәr ara vermәdәn tәkrar olunur, elә bil onu sakitlәşdirmәyә çalışırdı.

Elçin bir qәdәr ürәklәnib yadplanetlinin üzünә baxdı vә onun sakit, bir qәdәr dә tәbәssümlü baxışlarını görüb özünә gәlmәyә başladı, lakin heç nә soruşmadı. Soruşmağa isә onun çox sualı var idi.

Şaxtanın divarları boyunca düzülmüş lampaların tez-tez arxada qaldığından mә`lum olurdu ki, lift çox böyük sür`әtlә aşağı şığıyır.

Sükutla işlәyәn bu lift xeyli yerin altına doğru irәlilәdi vә şaxta qәfil yox olanda onların qarşısında nәhәng, ucu-bucağı görünmәyәn bir saray peyda oldu!

Daha doğrusu sarayın daxili görünüşü peyda oldu!

Elçin gördüyü bu mәnzәrәdәn heyrәtә gәldi vә yenә dә yuxu gördüyünü zәnn elәdi!

O, gözlәrini gördüyü mәnzәrәdәn çәkә bilmir, sarayın gözәlliyinә heyran qalıb hara düşdüyünü dәrk etmәyә çalışdı.

Sarayın mәrkәzindә, ağ, qırmızı mәrmәr döşәmәnin üstündә nәhәng qırıcı tәyyarәni xatırladan gümüşü rәngli kosmik gәmi dayanmışdı vә onun әtrafında çoxlu adamlar gözә dәyirdi.

Kosmik gәminin üstünә sarayın qübbәsindәn böyük bir projektorun konusvari şüası düşmüş, ona daha da dahiyanә, eyni zamanda hәm dә qorxunc bir görünüş vermişdi.

Sarayın hündür divarları boyunca, nәhәng, üstündә müxtәlif naxışlar yonulmuş onlarca qranit sütunlar qurulmuşdu! Sütunlardan yaşıl, göy... rәngli dairәvi dirәklәr sarayın qübbәsinә doğru uzanıb gedir vә qübbәnin mәrkәzindә birlәşib çoxbucaqlı ulduz görünüşü yaradırdılar! ...

Mәn hara düşmüşәm, İlahi?! Sәn özün mәnә kömәk ol!- deyә Elçin heyrәtlә düşündü.

...Lift nәhayәt ki, aşağı çatıb sürәtini azaldaraq dayandı vә onun qapısı açıldı. Burda keşik çәkәn möhkәm bәdәnli kişi vә yaraşıqlı qadın artıq farağat vәziyyәtdә dayanıb onları gözlәyirdilәr.

Yadplanetli onlara nә isә deyib burdakı üstüaçıq, qapısız avtomobillәrin birinә tәrәf yönәldi vә Elçinә, keç әylәş, deyib özü sükan arxasında әylәşdi. Avtomobilә әylәşәn kimi Elçin hiss elәdi ki, qorxu vә ehtiyat onu tәmamilә tәrk edib vә o, sanki çoxdan tanıdığı bir adamın yanındadır.

O, artıq bu baş verәn hadisәlәrә maraqla yanaşır vә yadplanetliyә elә bil hörmәt etmәyә başlayırdı. Avtomobilә әylәşәndә isә o, lap ürәklәndi vә yadplanetlidәn maraqla soruşdu:

- Necә olub ki, bu sarayı tikmisiniz, heç kәs xәbәr tutmayıb?!

- Bu saray 19 milyon il bundan әvvәl tikilib... – o, bunu deyib avtomobili kosmik gәmiyә doğru sürdü vә әlavә elәdi, – o vaxt burda insanlar yaşamırdılar!
- 19 milyon il?!! – Elçin eşitdiklәrindәn yenә heyrәtә gәldi. – Siz demәli o vaxtdan bura gәlib-gedirsiniz?

- Biz hәlә ondan da xeyli qabaq bu planetә gәlib-gedirik, burda bizim onlarca belә bazalarımız var!

- Belә de! – Elçin yenә heyrәtlәndi vә soruşdu. – Bәs niyә siz biz insanlarla belә gizlәn-qaç oynayırsınız? Niyә üzә çıxmırsınız?

- Biz әgәr sizinlә açıq әlaqәyә girsәk siz inkişafdan qalarsınız...

- Niyә?!- Elçin tәccüblә soruşdu.

- Ona görә ki, siz bizә arxayın olub lazımınca çalışmayacaqsınız, qarşınıza çıxan hәr hansı problemi bizim iştirakımızla aradan qaldırmağa cәhd edәcәksiniz... Nәticәdә isә atasına arxayın olan uşaqlar kimi tam inkişaf etmәyәcәksiniz!

Biz sizin işlәrinizә yalnız qlobal krizis әrәfәsindә qarışa bilәrik, sizi tәmamilә mәhv olmaqdan xilas etmәk üçün. – O, bunu deyib Elçinә baxdı vә әlavә elәdi, - yeri gәlmişkәn, biz dә insanlarıq...

- Bәs sәnin adın nәdir?

- Mәnim adım Raudur...

- Mәni isә yәqin ki, tanıyırsan, mәnim adım Elçindir...

- Tanıyıram...

Avtomobil burdakı kosmanavtların yanından keçәndә onlar hamısı avtomobilә tәrәf çevrilir vә farağat vәziyyәtindә dururdular.

Görünür Rau, hәqiqәtәn yüksәk rütbәli bir adam idi, ya da bu kosmik gәminin komandiri idi.

O, da deyәsәn onları salamlayırdı vә әli ilә onlara nә isә işarә edirdi.

Nәhayәt onlar gәlib kosmik aparata çatdılar vә Yadplanetli avtomobili gәmidәn döşәmәyә uzanan bir neçә geniş trapların biri ilә yuxarı sürmәyә başladı. Onlar gәmiyә daxil olub burdakı kosmanavtların yanına gәldilәr vә burda da onları farağat vәziyyәtindә qarşıladılar.

Rau avtomobili saxlayıb ondan düşdü vә kosmanavtlara öz dilindә nә isә dedi.

Kosmanavtlar yenә burdakı saysız hesabsız ekranlara tәrәf çevrildilәr vә öz işlәri ilә mәşğul olmağa davam elәdilәr. Ancaq onlardan iki nәfәr yaraşıqlı gәnc qadın ayrılıb Yadplanetlinin yanına gәldi vә onunla nә haqqında isә danışmağa başladılar.

Bura, görünür, kosmik gәminin uçuş-idarә mәrkәzinin yerlәşdiyi salon idi.

Burda yuxarı mәrtәbәlәrә qalxmaq üçün bir neçә şüşә lift, saysız hesabsız monitor vә iri ölçülü ekran, göydәki ulduzlar kimi sayrışan irili xırdalı minlәrlә rәngarәng lampalar var idi. Lakin bütün bunlar artıq Elçini bir o qәdәr dә maraqlandırmırdı.

O, artıq burdakı qadın vә qızlara baxır, onların necә gözәl vә yaraşıqlı olduqlarına nәzәr yetirirdi. Һardan tapıb yığıblar bura bu göyәrçinlәri? – deyә o, düşündü vә sırıqlısının qabağını düymәlәyib özünü qızlara xoş gәlsin deyә sәliqә sahmana salmağa başladı.

O, Tapdıq kişinin sözünә qulaq asıb gödәkçәsini bu köhnә әsgәr sırıqlısına dәyişdiyi üçün heyfslәndi.

Nәdәnsә bu zaman ona baxan yadplanetlinin dә, qızların da üzlәrindә xәfif bir tәbәssüm yarandı vә yadplanetli Elçini әli ilә yanına çağırdı.

- İndi bu kosmanavtlar sәni xüsusi labarotoriyaya aparacaqlar, - dedi. - Sәn orda duş qәbul edib paltarını dәyişmәlisәn, әgәr istәsәn nahar da edә bilәrsәn. Yarım saatdan sonra sәn bütün işlәrini qurtarıb әmәliyyata hazır olmalısan!

Elçin “әmәliyyat” sözünü eşidәndә kefi pozuldu vә elә bildi ki, onu cәrrahiyә әmәliyyatına hazırlayırlar. O, ağzını açıb e`tiraz elәmәk istәyirdi, ancaq Rau onu qabaqladı.

- Yox, sәni cәrrahiyә әmәliyyatı etmәyәcәyik, narahat olma...! – o, bunu deyib diqqәtlә ona baxdı vә yenә sözünә davam elәdi. – Һә, sәn bir şeyi dә bilmәlisәn,- insanlar fikirlәşәndә onların beyni sanki danışır, biz isә hәmin sәslәri eşidirik...

Başa düşdün nә demәk istәyirәm?

- Yox, - deyә Elçin qızlara baxıb cavab verdi.

- Sәn nә fikirlәşsәn qızlar onu eşidәcәklәr, - yadplanetli tәbәssüm dolu gözlәri ilә ona baxdı. Elçin yalnız indi onun nә demәk istәdiyini başa düşdü vә bir qәdәr utanan kimi oldu.

- Biabır olduq ki! - dedi. – Nә çoxbilmiş qızlardır...?!

- Һә, elәdir! Onların hәrәsinin 5 min il yaşı var...

- ...5 min il!? – Elçin heyrәtlәndi vә yenә qızlara baxdı, - mәn dә elә bildim 18 yaşları var bunların! – sonra da soruşdu, - bәs әrlәri necә, var bunların?

- Әrlәri dә var...

- Onlar da adamın fikirlәrini eşidә bilirlәr?

- Һә!

- Yaxşı ki, bunu vaxtında mәnә dedin... – Elçin gözünü qızlardan ayırıb başqa kosmanavtlara baxdı. Onlardan bir çoxu diqqәtlә ona baxırdılar. Elçin bunu görüb tәlәsik soruşdu, - labaratoriya hardadır?

Yadplanetli qızlara nә isә deyib yenә avtomobilә әylәşdi vә Elçinә müraciәt elәdi:

- Tәlәsin, sizin artıq 29 dәqiqә vaxtınız qaldı!

Elçin duş qәbul etdikdәn sonra qızlar ona qızılı rәngli kostyum geydirdilәr vә saçlarını fenlә qurudub sәliqә ilә daradılar...

Kostyum da Elçinin çox xoşuna gәldi vә o, fikirlәşdi ki, yadplanetlidәn xahiş elәsin ki, ayrılanda bu kostyumu yadigar olaraq ona hәdiyyә versin. O, artıq heç nәdәn ehtiyat etmir vә özünü çox sәrbәst aparırdı.

Bütün bu vaxt әrzindә Elçin bir neçә dәfә qızları söhbәtә tutmağa cәhd elәdi, lakin heç nә alınmadı.

Qızlar onun bütün suallarını cavabsız qoyur, ancaq öz aralarında nә isә danışırdılar. Sonra onlar mәtbәxә oxşar bir yerә gәldilәr.

Elçin әvvәlcә nahardan e`tiraz elәmәk istәdi, sonra fikirlәşdi ki, yә`qin bunların yemәklәri çox dadlıdır, qoy bir bunu da yoxlasın.

Qızlar onu gәtirib sәliqә ilә bәzәdilmiş yemәk stolunun arxasında әylәşdirdilәr.

Elçin çәngәli götürüb stola düzülmüş yemәklәrin dadına baxmağa başladı vә yemәklәr hәqiqәtәn onun xoşuna gәldi:

- ...Nә dadlı yemәklәrdir, bәh-bәh! Özünüz hazırlamısınız?!-deyә soruşdu.

Qızlardan yenә sәs çıxmadı. Bunu görәn Elçin qızları yüngülvari sancmaq qәrarına gәldi, fikirlәşdi ki, bәlkә qızların dili açıla. Lakin o, nә qәdәr çalışdısada fikirlәrini deyә bilmәdi, - o, soruşmaq istәyirdi ki, qızlar siz burda qulluqçu işlәyirsiniz? Һәm dә nәdәnsә yemәk onun boğazında ilişib qaldı.

O, öksürüb bir tәhәr yemәyi uddu vә “sәkkiz dәqiqә vaxtın qalıb”, sözünü eşitdi.

- ...Zarafat da elәmәk olmur bunlarnan... – o, öksürә-öksürә öz-özünә dedi. - Vay bunların әrlәrinin halına!

Qızlar yenә susub heç nә demәdilәr vә öz dillәrindә nә isә danışmağa başladılar.

Yemәkdәn sonra onlar Elçini böyük bir labaratoriyaya gәtirdilәr.

Onu burdakı geniş ekranları olan televizorların qabağında qoyulmuş hündür kresloların birindә әylәşdirib başına qәlәm boyda antennası olan bir şlem qoydular.

Bu zaman Rau da iki nәfәr başqa kosmanavtla bura gәldilәr.

O, yaşıl rәngli zәrli paqonları olan gümüşü skafandr geymiş, belinә isә üstündә çoxlu xırda lampaları yanıb-sönәn enli qara kәmәr taxmışdı.

Onun qollarında da dirsәyә qәdәr uzun, qara qolbaqlar vardı vә onların üstündәki müxtәlif xırda cihazların lampaları almaz kimi bәrq vururdu...

O, kresloda әylәşdikdәn sonra qızlar da, onunla gәlәn kosmanavtlar da kereslolarda әylәşdilәr vә bundan sonra televizorlar işә düşüb anlaşılmaz fiqurlar göstәrmәyә başladılar.- Һә, Elçin, özünü necә hiss edirsәn? – deyә Rau gözünü ekrandan çәkib ona baxdı.

- Yaxşı hiss edirәm, sağ ol...

- Çox gözәl, - Rau dedi vә sözә başladı... – İndi sәnin şüurundakı “mәlumatı” çalışacağıq ki, tapaq vә oxuyaq. “Mәlumat” sәnin beyninin hüceyrәlәrindәdir. – O, bunu deyib Elçindәn soruşdu: - Һüceyrә bilirsәnmi nәdir?

- Eşitmişәm, - Elçin cavab verdi. – Ancaq mәn bilәni onlar heyvanlarda olurlar... Һeç bilmirdim ki, insanlarda da hüceyrә olur... Yoxsa tәkcә mәndә var, hüceyrә? – deyә o soruşdu.

ARDINI BURDA OXU

Günün bütün mövzuları

XS
SM
MD
LG