Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:39
ƏVVƏLİ BURDA

Əhməd Məmmədov

"YADPLANETLİLƏR AZƏRBAYCANDA"

(Fantastik hekayə)

4


...- Allaha qurban olum, oğul, o, bu dünyanı elә yaratmayıb ki, bәndәnin ondan başı çıxa! Һardan gәlir bu vahimә, necә gәlir, başa düşә bilmirәm...

Elçin oturmaq istәmirdi, o ayaq üstә durub әtrafı diqqәtlә nәzәrdәn keçirirdi.

Qarşıdakı dәrәdәn axan suyun şırıltısı әtrafa yayılmışdı. Meşәlәrin içindәki boz qayaların üstündә isә müxtәlif quşlar sәs-küylә uçuşur, sanki balaca uşaqlar kimi qaçma-tutma oynayırdılar.

Әtrafda qeyri-adi heç nә gözә dәymirdi. Һava da çox yaxşı idi. Mülyim yaz külәyi elә bil yenicә qış yuxusundan oyanan ağacları, kolları nәvazişlә sığallayır, onları yenә dә yarpaqlayıb çiçәklәmәyә çağırırdı.

- Tapdıq dayı, - Elçin yenә onu ruhlandırmaq mәqsәdi ilә sözә başladı, - sәn nә istәyәrdin ki, o sandıqdan çıxsın?

- Allah özü bilәn mәslәhәtdi, oğul, nә çıxar - çıxar... – Bunu deyib Tapdıq kişi yerindәn durdu vә әlavә elәdi. - ...İstәrdim ki, cavan bir oğlan olum, qocalıq yaman zülümdü, oğul! Gedәk...

Bu zaman onlardan yuxarıda bir tәrlan qanadlarını şappıldadaraq meşәdәn uçub boz qayalara tәrәf süzdü vә burda gözdәn itdi.

Tapdıq kişi dә, Elçin dә başlarını çevirib ona baxdılar vә o, gözdәn itәnә kimi nәzәrlәrini ondan çәkmәdilәr.

- Bu nә quşdu? – deyә Elçin soruşdu.

- Tәrlandı, bu dağların Tәrlanıdı, - Tapdıq kişi yola düzәlib dedi.

Onlar qarşıdakı dәrәnin içinә doğru getdilәr vә burda axan dayaz sulu dağ çayına çatdılar. Tapdıq kişi çayın kәnarında dayanıb Elçinә dedi:

- Oğul, bu daşlardan bir-ikisini götür bu çayın içinә at, ayağımızı üstünә qoyaq keçәk. Mәnim çәkmәlәrim deyәsәn su buraxır, ayaqlarımı islatmaq istәmirәm.

- Gәl sәni belimә alım keçirim, Tapdıq dayı! – Elçin ona yaxınlaşıb qoluna girdi.

- Yox oğul, - Tapdıq kişi e`tiraz elәdi. – Sәn bir iki iri daş at bura, özüm keçәcәm...- sonra da gülümsәyib әlavә elәdi, - Tapdıq dayın elә qocalmayıb ki, kim isә onu belinә alsın...

Elçin bir neçә iri, yastı daş tapıb çayın içinә atdı sonra da Tapdıq kişinin qolundan tutub bu daşların üstü ilә keçmәyә kömәk elәdi.

Çayı keçәndәn sonra onlar dәrә ilә üzüyuxarı qalxdılar vә dәrә sona yetәndә qarşılarında seyrәk ağaclı geniş bir dağ düzәnliyi peyda oldu.

Tapdıq kişi qabaqda bir söz demәdәn әtrafa baxa-baxa irәlilәyir, yaxınlıqdan uçan quşların hamısının arxasınca nәzәr yetirirdi.

Düzәnliyin o başındakı sıx meşәliyә az qalmış o, yuxarıya tәrәf gedәn cığıra döndü vә bir qәdәr gedib burdakı boz qayaların yanında dayandı.

- Çatdıq, oğul... – o, dәrindәn nәfәs alıb dedi. – Odur, Göy bulaq o qayaların içindәn axıb gәlir. Bir qәdәr aralıda isә hәmin daşlar yerlәşir... Qabağa getsәn görәrsәn...

Bunu deyib Tapdıq kişi indi dә otların üstündә әyilib oturdu vә papağını çıxardıb alnının tәrini silmәyә başladı. Elçin ona bir söz demәyib bir qәdәr qayalara doğru getdi vә boylanıb bulağa tәrәf baxdı.

Sonra daşların harda yerlәşdiyini dәqiqlәşdirib geri qayıtdı. O, çantanı çiynindәn çıxarıb

Tapdıq kişinin yanında qoydu vә onun üzünә baxanda bildi ki, qocanın daha getmәyә halı yoxdu, o çox yorulmuşdu. Elçin çantadan baltanı çıxarıb Tapdıq kişinin yanında qoydu vә yenә zarafatla dedi:

- Tapdıq dayı, üstünә gәlәn olsa bu balta ilә düz onun qaşqasından vur!

Elә vur ki, partlasın! Qorxma, polis tutub elәsә sәni, qurtararam, arxayın ol!

Tapdıq kişi baltanı götürüb gülümsәmәyә çalışdı, lakin bacarmadı vә dedi:

- Burda kimsә var, Elçin...!

- Baxarıq, görәk kim var...

- Sәn xәncәri çıxar qınından, әlindә hazır saxla...

Elçin xәncәri qınından çıxarıb әtrafı nәzәrdәn keçirә-keçirә bulağa tәrәf yollandı.

Qayaların arasından dumduru bulaq suyu şәlalә kimi qaynayıb adam boyu hündürlükdәn tökülürdü vә dağın döşü ilә aşağı axıb gedirdi. Elçin bura yaxın gәlib әlini onun altına tutdu vә ovcunu doldurub bu sәrin sudan içdi.

Sonra isә 30-40 metr aralıdakı qaya parçalarına tәrәf getmәk istәdi.

Bu zaman onunla da qәribә hadisә baş verdi, o da hiss elәdi ki, nәdәnsә o, bu daşlara yaxın gedә bilmir, elә bil kimsә onu tutub saxlayır!

Һәm dә ona elә gәldi ki, әgәr o, bu daşlara yaxın getsә ona nә isә olacaqdır, onun hәyatı bu daşların yanında sona yetәcәkdir!

Bu nә fikir idi mәnim başıma gәldi?! – deyә o, düşündü. - Necә oldu ki, mәn dә Tapdıq kişi kimi qorxmağa başladım?!

Ömründә birinci dәfә bu vәziyyәtә düşәn Elçin bunu heç nә ilә izah edә bilmәdi, odur ki, yerindә dayanıb daşlara baxmağa başladı!

O, yalnız bu sirli qaya parçalarını saya bildi, onlar 11 dәnә idi vә hәqiqәtәn onlardan biri, sıra hesabı ilә beşincisi qara rәngә çalırdı.

Elçin bir qәdәr dә bu daşlara baxdı vә onların yanına gedә bilmәdiyini görüb çevrildi ki, Tapdıq kişinin yanına qayıtsın. Lakin... lakin çevrilәn kimi o, qarşısında Tapdıq kişini gördü! Qoca, әlindә balta dayanıb gözlәrini qırpmadan düz Elçinin gözlәrinә baxırdı!

Elçin onu bu vәziyyәtdә, hәm dә qәfildәn yanında görәndә dәhşәtә gәldi vә yerindә quruyub qaldı!

O, nә isә demәk istәdi, lakin bacarmadı. Tapdıq kişi bunu görüb sakit sәslә soruşdu:

- Deyәsәn, sәn dә hiss elәdin ki, burda kimsә var, elәmi?

Elçin onun sakit danışdığını görüb, bәd niyyәtdәn uzaq olduğunu anladı vә bir qәdәr özünә gәlib dedi:

- Һә, Tapdıq dayı, sәn düz deyirsәn.... burda kimsә var... – Elçin bunu deyib ayaqlarını bulağa tәrәf sürüdü.

O, yenә bir qәdәr su içib sonra da üzünü yudu vә dәsmalını çıxarıb üzünü sildi. – Mәni elә bil tutub saxladılar, - o sözünә davam elәdi. – Görünür, o daşın altında hәqiqәtәn nә isә var...

- Oğul, mәn daha heç nәdәn qorxmuram, - Tapdıq kişi dedi. – Fikirlәşdim ki, nә qәdәr qorxmaq olar? Atalar deyib ölmәk-ölmәkdi, xırıldamaq nә demәkdir? Ölәndә dә ölәcәyik! – Tapdıq kişi çantadan beli çıxarıb inamla daşlara tәrәf yönәldi. – Qoy o, hәr kimdirsә, kişi kimi gәlib sözünü desin, biz dә işimizi bilәk! Daha bizimlә oyun oynamaq nәyә lazımdır!?

Tapdıq kişinin sözü yarımçıq qaldı. Һardasa lap yaxınlıqdan yenә bir Tәrlan havalanıb düzәnliyin üst tәrәfindәki qayalara doğru şığıdı vә qayanın başına qonub qanadlarını geniş açaraq onlara tәrәf baxdı. Elçin quşdan gözünü çәkmәdәn Tapdıq kişiyә dedi:

- Bu deyәsәn bayaqkı Tәrlandır...- bunu deyib o, Tapdıq kişiyә tәrәf çevrildi. – Sәn tәlәsmә Tapdıq dayı, mәni dә artıq vahimә yavaş-yavaş tәrk edir, gәl otur, bir qәdәr özümüzә gәlәk, sonra durub qazarıq...

Tapdıq kişi bir söz demәdәn Elçinә yaxın gәldi vә onlar otların üstündә әylәşdilәr.

- Allaha qurban olum, - Tapdıq kişi sözә başladı. – O, bu yuxunu mәnә elә-belә göstәrmәyib ki! ...Demәli nә isә var ki, göstәrib...

Mәn bunu başa düşәn kimi, vahimә canımdan çıxdı, mәnә bir inam, bir yüngüllük gәldi ki, gәl görәsәn!

Sәn dә belә fikirlәş! Fikirlәş ki, sәn O Kişinin iradәsi ilә bura gәlmisәn, sәn burda nә isә etmәlisәn...

- Düz deyirsәn, Tapdıq dayı, - Elçin cavab verdi. – Mәn yalnız indi bu dünyanı dәrk elәmәyә başladım, bu bulağın başında... Mәn indi başa düşdüm ki, bu dünyanın sahibi, yaradanı var...!

- Elәdir oğul... Yaradana min şükür!

Onlar bir qәdәr dә söhbәt etdikdәn sonra Elçin beli götürüb sıçrayıb yerindәn durdu vә Tapdıq kişiyә dә yerindәn qalxmağa kömәk etdi.

Vahimә onu tәmamilә tәrk elәmişdi, o da artıq belә hesab edirdi ki, Allahın iradәsi ilә bu sirli bulağın başına gәlib vә o, burda nә isә etmәlidir.

Tapdıq kişi,“ya Allah, özün kömәk ol”, dedi vә onlar inamla daşlara tәrәf yönәldilәr.

Ancaq... ancaq onlar çox gedә bilmәdilәr, elә bir neçә addım atmışdılar ki, birdәn göyün üzü qıpqırmızı qızardı, elә bil ki, Günәşin üzünә qırmızı pәrdә çәkdilәr, o, parlaqlığını itirdi vә zәif yanan lampa kimi zorla görünmәyә başladı.

Bunu görәn Tapdıq kişi yerindә dayandı vә Elçinin qoluna girib ondan bәr-bәrk yapışdı!

O, heç nә deyә bilmir, yarpaq kimi әsirdi.

Elçin dә qorxudan yerindә quruyub qalmışdı vә göydә zorla işıltısı gәlәn Günәşdәn gözünü ayıra bilmirdi.

Bu zaman bayaq Tәrlan qonan qayanın başı partlayıb gurultu ilә yanmağa başladı vә alovun üstündә gömgöy rәngli böyük bir kürә peyda oldu!

Çox keçmәdi ki, kürә dә alışıb yanmağa başladı vә düzәnlik, meşәlәr... göy rәngә boyandı. Kürә qayanın başından dığarlanıb yerә düşdü, lakin aşağı deyil, dağın döşü ilә üzüyuxarı qalxmağa başladı.

O, top kimi yerә dәyib qalxa-qalxa bir xeyli dağın başına tәrәf uçdu vә burdakı qayaların arxasında gözdәn itdi, ancaq onun qeyri-adi gözәlliyә malik olan şö`lәsi göründü. Şö`lә getdikcә daha da gur yanmağa başladı vә rәngini dәyişib indi dә yaşıl oldu.

Birdәn qayaların arxasından qorxunc bir heyvanın skeleti çıxdı vә ağzını açıb ucadan nәrildәmәyә başladı!

O, Elçingili görәndә daha da qәzәblә nәrildәdi vә var qüvvәsi ilә onlara tәrәf qaçmağa başladı!

Skelet bir qәdәr qaçandan sonra arxa pәncәlәrinin üstünә qalxıb insan kimi iki ayaqlarının üstündә qaçmağa başladı vә necә oldusa o da partlayıb alovlandı! Mәrmi kimi әtrafa sәpәlәnәn skeletin sümüklәri yana-yana yerә töküldülәr vә tәmiz yaz havasını yanıq iyi әvәz elәdi.

Kürә isә qayaların arxasında çox qalmadı, bir az sonra nәhәng hava şarı kimi ordan qalxıb aşağı yönәldi.

O, çәkisizlikdә olduğu kimi süzә-süzә tәrlan qonan qayanın yanına qayıtdı vә onların arxasında görünmәz oldu. Onun burda şö`lәsi zәiflәyib söndü vә sönәndәn bir qәdәr sonra göyün üzü açılıb yenә adi qaydasına düşdü.

- Elçin, oğul, bu nә idi?! Biz hardayıq?! - Tapdıq kişi dili topuq çala-çala soruşdu, sonra da әlavә etdi, – biz yuxu görmürük ki, a bala?!

Elçin bir söz deyә bilmәdi vә ayaq üstә zorla duran Tapdıq kişinin qoluna girib onunla bәrabәr bulağın yanına qayıtdılar. Tapdıq kişi elә burdaca otların üstә oturdu, Elçin isә bulağa yaxınlaşdı vә ovcunu su ilә doldurub bir neçә dәfә üzünә vurdu.

- Su içirsәn, Tapdıq dayı? – deyә o soruşdu.

Tapdıq kişi yalnız әlini yellәyә bildi vә arxası üstdә otların üstünә sәrildi. Elçin onun yanına qayıtdı vә o da oturub arxası üstә uzandı.

- Elә bil fantastik bir kinoya baxırıq, Tapdıq dayı, - dedi.

- ...İndi Әzrail gәlmәlidir, gәlib mәni aparmalıdır... – Tapdıq kişinin sәsi titrәdi. Onun gözlәri yaşarmışdı. – Sәni dә işә saldım, oğul, mәnim ölümümdә sәni günahkar bilәcәklәr...

- Nә edәk, Tapdıq dayı, demәli belә lazım imiş, bu da bizim talehimizdir...

- Allaha qurban olum, bu nә iş idi bizim başımıza gәtirdi, başqa cür mәni öz yanına apara bilmirdimi? Sәnin nә günahın var idi burda?!

- Mәncә, bizә heç nә olmayacaq, Tapdıq dayı, - Elçin özündә güc tapıb yenә onu ruhlandırmağa çalışdı. – Nәdәnsә mәnim ürәyim sakitdi...
- Çәtin ki, biz burdan sağ-salamat geri qayıdaq! – Tapdıq kişi dedi. - Mәn sәnә vәsiyyәt elәmәk istәyirәm...

Sәn mәnim vәsiyyәtimi Zibәrә çatdır...

- Tapdıq dayı, bizә heç nә olmayacaq, mәn nәdәnsә arxayınam, - o, yenә tәkrar elәdi, - әgәr istәsәydilәr bizi çoxdan öldürәrdilәr... Sәn belә deyib özünü sındırma, indi bәrk durmaq lazımdır......

ARDINI BURDA OXU

Günün bütün mövzuları

XS
SM
MD
LG