Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:33

Azərbaycanla Rusiya sərhəd məsələsini müzakirə edirlər


Azərbaycan və Rusiya sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı bu gün Xaçmazda növbəti danışıqlar başlayıb.

İki gün davam edəcək danışıqlarda Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov, Dövlət Torpaq və Xətirəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Xaçmaz və Qusar rayonları İcra Hakimiyyəti nümayəndələri, Rusiya tərəfdən isə MDB-yə üzv ölkələrlə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Rusiya prezidentinin xüsusi nümayəndəsi Aleksandr Qolovinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Rusiyanın nümayəndə heyəti bu gün Xaçmaz rayonu ilə tanış olacaq, əsas müzakirələr isə sabah aparılacaq.

X. Xələfov bildirib ki, danışıqlarda Azərbaycan-Rusiya sərhədində razılaşdırılmamış üç amil, və Samur çayının suyunun qorunması, ondan səmərəli istifadə olunması məsələləri müzakirə olunacaq.
XS
SM
MD
LG