Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:04

Koelyonun 800 min dostu var


“Kimyagər” və başqa bestsellerləri ilə dünyada tanınan Braziliya yazıçısı Paolo Koelyonun “Facebook” şəbəkəsindəki dostlarının sayı 800 mini keçib.

Yazıçı bunu qeyd eləmək qərarına gəlib və şəbəkədəki fan-səhifəsində heyranlarına müraciət edərək “istəkləriniz yazın” deyib – “bircə görüşmək istəyindən başqa”

Bundan sonra o, 3 mindən çox məktub alıb. Yazıçı bu mesajların minini “fantastik” adlandırıb.

İstəklər arasında Koelyodan dostlarının 800 mini keçməsi münasibətilə şeir yazmasını xahiş edən, “Kimyagər”in avtoqraflı nüsxəsini istəyən, “sadəcə yazmağa davam edin” deyənlər də var.

Başqa xahişlərdən:

"Yeni kitab"

"Facebook və bizim nəsil haqda kitab"

"İnternetdə Koelyo festivalı"...

Yazıçı “praktiki istəklərdən birini seçəcəyini” söz verib.

Koelyonun “Facebook”dakı fanları arasında azərbaycanlı gənclər də var.

63 yaşlı Koelyonun indiyəcən 150 ölkədə 100 milyondan çox kitabı satılıb. Onun əsərləri 67 dilə çevrilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG