Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:52

"Eurovision"də qələbə qazanan Azərbaycan


Heç əcnəbilərin dilində "Azərbaycan" sözünün düzgün tələffüzünü eşitmisiz? Bu söz həmişə xaricilər üçün bir növ test olub. Onu ifadə etmək üçün ortastatistik yabançı buna xeyli vaxt sərf etməlidir. Razılaşın ki, hər adam oturub saatlarla Azərbaycan deyə məşq etməz.

Amma BBC Two kanalının populyar "Graham Northon Show" verilişində o qədər tez-tez "Azərbaycan" deyirlər ki, onun sonunda veriliş iştirakçıları az qala təmiz Şirvan ləhcəsində ifadə edirlər bu adı. Məşhur kino ulduzu Willem Dafoe isə elə səslənir, elə bil bütün ömrünü Azərbaycanda yaşayıb.

Graham Northon öz verilişlərində yetənə yetir, yetməyənə daş atır. Onun daimi tamaşaçıları da həmişə proqramın növbəti buraxılışını səbrsizliklə gözləyirlər ki, bu dəfə kimin bostanına daş tolazlayacaq. Günlərin birində növbə Azərbaycana çatır.

İnternetdəki bu videoyaya ilk baxışdan belə təsəvvür yaranır ki, Graham müəllim bu dəfə Azərbaycana sataşır. Bircə proqramdan bu hissəyə diqqətlə baxın.
(Xatırladırıq ki, bu proqram yeni deyil, 2009-cu ildə hazırlanıb)

Amma gəlin tələsməyək. Bizcə, burada Azərbaycandan çox "Eurovision" mahnı müsabiqəsi ələ salırınır. Siz necə fikirləşirsiniz?

XS
SM
MD
LG