Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:56

Gəncədə yeni bazar fəaliyyətə başlayır


Tağı Arani küçəsində yolun kənarı boyunca uzun illərdir ki, fəaliyyət göstərən və əhali arasında «Dubay bazarı» kimi tanınan ticarət yeri yeni inşa edilən «Abad» ticarət mərkəzinə köçürülür.

Bazan aprelin 15-də işə düşür. Təzə bazarda satıcılar və vətəndaşlar üçün hər cür şərait yaradılıb. Hazırda son tamamlama işləri aparılır.

«Abad» Ticarət Mərkəzinin direktoru Şahin Mövsümovun sözlərinə görə, təxminən 400-dən çox satış yerinin olduğu təzə bazarın sahəsi 2,5 hektardır və burada mal, quş, kənd təsərrüfatı məhsulları, məişət əşyaları və geyim satışı üçün xüsusi yerlər müəyyən olunub. Mərkəzi su və kanalizasiya sistemi ilə təchiz edilən bazarda satıcılar üçün saxlama kameraları və anbarlar da yaradılıb.

Sakinlərin bazara rahat gedib-gəlməsi üçün Heydər Əliyev prospekti ilə hərəkən edən üç sərnişindaşıyan mikroavtobusun marşrut xətti sözügedən ərazidən salınacaq.
XS
SM
MD
LG