Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:37

Polşa prezidentinin dəfninə baş nazir Artur Rəsi-zadə gedəcək


Aprelin 10-da Rusiya ərazisində baş verən təyyarə qəzasında həlak olan Polşa prezidenti Lex Kaçinski və onun xanımı Mariya Kaçinskinin dəfn mərasimində Azərbaycanı baş nazir Artur Rəsizadə təmsil edəcək.

Bu barədə APA-ya Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski deyib.

Lex Kaçinski və xanımı Mariya Kaçinska aprelin 18-də Krakovun Vavel qəsrinin kompleksinə daxil olan kafedral kilsədə dəfn olunacaqlar.

Xatırladaq ki, aprelin 13-dən Varşavadakı prezident sarayında Lex və Mariya Kaçinskilərlə vida mərasimi başlayıb. Vida mərasimi dəfn gününə qədər davam edəcək.
XS
SM
MD
LG