Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:11

Hüquq müdafiəçiləri Yanukoviçi insan haqlarını qorumağa çağırırlar


Amnesty İnternational təşkilatı Ukrayna prezidenti Viktor Yanukoviçi ölkədə insan haqlarının pozulmasına qarşı mübarizə aparmağa çağırıb.

Təşkilatın yaydığı bəyanatda araşdırmalar zamanı Ukraynanın hüquq mühavizə orqanlarında işgəncə , insanlardan pul qoparma halları aşkar edildiyi bildirilir.

Bundan başqa bəyanatda son vaxtlar Ukraynada irqçilik və millətçilik zəmnində hücumların artdığı qeyd olunur.
XS
SM
MD
LG