Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:13

Həbsə görə qoyulmuş yaş həddi azaldıla bilər


Çexiyada adam öldürməyə görə cəzaya qoyulmuş yaş həddi 15-dən 10-a endirilə bilər.

Bu barədə bu gün Çexiyanın ədliyyə naziri Daniela Kovarjova bildirib.

6 il bundan əvvəl 13 yaşlı yeniyetmə Praqa ətrafında eyni yaşda olan qızı zorlayaraq öldürüb.

O bir müddət xüsusi klinikada saxlandıqdan sonra azad edilib.

Şəhərciyin sakinləri ölkə parlamentinə müraciət göndərərək bu cür ağır cinayətlərə görə məsuliyyətə qoyulmuş yaş həddinin azaldılmasını tələb ediblər.

Müraciətə 400-dən çox vətəndaş imza atıb.

Yaxın vaxtlarda deputatların bu məsələyə baxacağı gözlənilir.
XS
SM
MD
LG