Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:07

«Belə fərmanlar problemi həll etmir»


Natiq Cəfərli
Bunu İqtisadçı Bloqqerlər Birliyinin rəhbəri Natiq Cəfərli deyib. Prezident İlham Əliyev sahibkarlıq sahəsində yoxlamaların nizama salınması ilə bağlı fərman imzalayıb. «İşdən sonra»da sahibkarların problemlərindən danışılıb.

Natiq Cəfərli:

- Sahibkarla dövlət qurumları arasında şəffaf münasibət olmalıdır. Bunun üçün siyasi iradə lazımdır. Doğurdan da bu tipli fərmanların bir neçə dəfə verilməsindənsə, Nazirlər Kabinetinin iclasında heç olmasa kameralar olmadan tapşırıqlar verilsə vəziyyət düzələr. Əksər monopol qurumların, biznes təşkilatlarının sahibləri Nazirlər Kabinetinin iclasında oturanlardır.

Tacirlər və İstehsalçılar Birliyinin rəhbəri Sevgim Rəhmanov isə deyir ki, sahibkarlar qanunvericiliyi bilmirlər:

Sevgim Rəhmanov
- Sahibkarların problemləri günü-gündən çoxalır, korrupsiya faktları var. Bu gün elə bir sahibkar tapmazsınız ki, onun vergidən şikayəti olmasın. Sahibkarın bir istəyi də var ki, sabit qanunvericilik olsun. Hər il büdcə təsdiq olunanda vergi qanunvericiliyində 110-120 dəyişiklik olur. Söhbət ondan gedir ki, sahibkarlar özləri də qanunları bilmirlər.

«Dayısı» olan sahibkarlar vergi ödəmirlər

Sahibkarlar hansı problemlərlə üzləşirlər

DİNLƏYİN.

/ Hazırladı Gülər Qasımova /

HƏMÇİNİN OXU:

SAHİBKAR: «AZ QALA BÜTÜN STRUKTURLAR YOXLAMA APARIR»

Şərhləri göstər

XS
SM
MD
LG