Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:08

Qırğızıstanda qorxulu şayiələr dolaşır...


Bakiyev tərəfdarları və müvəqqəti hökumət dəstəkçiləri üz-üzə. Cəlalabad, 14 aprel 2010
Bakiyev tərəfdarları və müvəqqəti hökumət dəstəkçiləri üz-üzə. Cəlalabad, 14 aprel 2010
Həm Amerika, həm də Rusiya Qırğızıstanın müvəqqəti hökuməti ilə işləməyə və ölkəyə yardım etməyə hazır olduqlarını bildiriblər.

Bir həftə qabaq bu ölkədə baş verən xalq üsyanı prezidentin devrilməsi, 80 nəfərin ölümü, yüzlərlə insanın yaralanması ilə nəticələnib.

Həm Rusiyanın, həm də Amerikanın Qırğızıstanda hərbi bazası var. Qırğızıstana səfər edən Amerika dövlət katibinin köməkçisi Robert Bleyk Bişkekdə müvəqqəti hökumətin rəhbəri Roza Otumbayeva ilə birlikdə jurnalistlərə bunları deyib:

“Dövlət katibi Hillari Klinton məni ona görə Qırğızıstana göndərib ki, müvəqqəti hökumətin demokratiyanın bərpası, yeni seçkilərin təşkili istiqamətində addımlarına dəstəyimi ifadə edim”.

Bleyk – aprelin 7-də üsyan baş verəndən bəri Qırğızıstana səfər edən ən yüksək səviyyəli Amerika rəsmisidir.

AMERİKA BAZASININ AQİBƏTİ NECƏ OLACAQ?

Otunbayeva isə deyib ki, danışıqlarda Qırğızıstandakı Amerika bazasının gələcəyi müzakirə edilməyib. Bişkək yaxınlığında - Manas aeroportundakı tranzit mərkəzinin icarəsi haqda müqavilənin müddəti bu ilin sonlarında bitir.

Otumabyeva Bişkekdə Amerikalı diplomatı qəbul etdiyi bir vaxtda onun müavini Almaz Atambayev Moskvaya – humanitar yardım dalınca gedib.

Rusiya baş nazirinin müavini Seçin və Atambayev. 14 aprel 2010
Rusiyanın baş naziri onunla görüşündə Qırğızıstanın boş xəzinəsini doldurmağa kömək etməyi söz verib.

Rusiyanın maliyyə naziri Aleksey Kudrin:

“Düşünürəm ki, biz Qırğızıstana təxirəsalınmaz ödənişlərin edilməsi üçün 20 milyon dollarlıq humanitar yardım edə bilərik. Bundan başqa Rosselxozbank Qırğızıstanın müvafiq qurumlarına aşağı faizlə 30 milyon dollarlıq kredit verə bilər”.

Amma Qırğızıstandakı vəziyyətin sabitləşdiyini söyləmək tezdir. Devrilmiş prezident Bakiyevin iğtişaşlardan sonra qaçıb sığındığı Cəlalabadda - bura onun ata yurdudur – nümayişlər keçirilir.

Bakiyevin tərəfdarları ona dəstək nümayiş etdirirlər.

QORXULU ŞAYİƏLƏR GƏZİR

Azadlıq Radiosunun Cəlalabadda olan müxbiri Brüs Panier deyir ki, bir neçə yüz nəfər toplaşıb Qurultay adlı tədbir keçirməyə cəhd ediblər – bununla müvəqqəti hökumətə dəstəklərini nümayiş etdirməyə çalışıblar.

Amma tezliklə Bakiyevin adamları onları meydandan qovaraq tədbirin tribunasını, mikrofonunu ələ keçiriiblər.

Təxminən 1500-2000 nəfərlik dəstə Cəlalabadda Bakiyevin müdafiəsinə yürüş də keçirib.

“Bakiyev tərəfdarlarının tərkibi dəyişib. Əvvəl kütlənin yarısı qadın olardı, indi 80-90 faiz kişi və cavan oğlanlardır. Onların üzündən qəzəb tökülür. Bundan başqa şəhərdə özbəklərin dəstələri də gözə dəyir. Özbəklərin qırğızları, qırğızların isə özbəkləri şəhərin müxtəlif yerlərində döyməsi haqda şayiələr gəzir. Bax vəziyət belədir”.

Bleyk və Otumbayeva. Bişkek 14 aprel 2010
Bakiyevin gizləndiyi vilayət vaxtilə özbəklər və qırğızlar arasında qanlı toqquşmalara meydan olub.

Müvəqqəti hökumətin rəhbəri Otunbayeva isə ölkənin cənubunda kifayət qədər qüvvəyə malik olduqlarını deyir.

Aprelin 13-də Bakiyev demişdi ki, istefaya getməyə hazırdır, əgər onun və ailəsinin təhlükəsizliyinə təminat verilərsə.

Müvəqqəti hökumətin isə buna cavabı tam aydın deyil. Otunbayeva bir tərəfdən deyib ki, Bakiyev istefa versə, ölkəni tərk etsə, təhlükəsizliyinə təminat veriləcək. Otunbayeva Bakiyevlə danışıqları da istisna etməyib, amma deyib ki, bu görüşün formatını müəyyən etmək üçün vaxt lazımdı.

Eyni zamanda agentliklər xəbər verir ki, o, açıqlamalarının birində Bakiyevin məhkəmə qarşısında cavab verməli olduğunu da söyləyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG