Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:31

Dövlət Neft Şirkətinin maliyyə axınları


Dövlət Neft Şirkətinin binası
Dövlət Neft Şirkətinin binası

Azad İqtisadiyyata Yardım İctimai Birliyi Dövlət Neft Şirkətinin maliyyə axınları ilə bağlı uzunmüddətli araşdırmalarından sonra belə qənaətə gəlib ki, şirkətin bu sahə ilə bağlı xeyli problemləri var.

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin rəhbəri Zöhrab İsmayıl isə bildirir ki, neft və neft məhsullarının nəqli xərcləri barədə məlumat açıqlanmır. Bu barədə nə hökumətin, nə də şirkətin hesabatlarında məlumatlar yoxdur.

Son illər şirkətin sənaye və sosial sahələr üzrə tikintilərə və qazma işlərinə ayrılan xərcləri də dəfələrlə artıb. Məsələn, məlum olur ki, Dövlət Neft Şirkəti bir metr kəşfiyyat işini 1400 manata aparır. 2004-cü ildə bir kvadratmetr mənzil sahəsi şirkətə 369 manata başa gəlibsə, 2007-ci ildə şirkət 1 kvadratmetrə 1741 manat pul xərcləyib.

Hesabat və bu sənəd haqqında Dövlət Neft Şirkətinin dedikləri ilə daha ətraflı "Korrupsiometr" saytında tanış olun.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG