Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:14

Azərbaycan-Gürcüstan sərhəddində silahlı insident


Balakən rayonu ərazisində Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Dövlət Sərhəd Xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, aprelin 13-də saat 19.00 radələrində dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadı tərəfindən dövlət sərhədini qanunsuz keçən 3 nəfərdən ibarət qrup aşkar edilib.

Sərhəd pozucuları sərhəd naryadının «dayan» əmrinə və havaya açılan xəbərdarlıq atəşinə məhəl qoymayıblar, sərhədçiləri soyuq silahla hədələyiblər.

Sərhədçilər silah tətbiq etməli olublar. Nəticədə sərhəd pozucularından biri yaralanıb. Relyefin mürəkkəbliyindən istifadə edən hər 3 sərhəd pozucusu Gürcüstan ərazisinə qaçmağa nail olublar.

Gürcüstanın «Rustavi-2» telekanalı isə xəbər yayıb ki, Gürcüstanın Siqnax rayonunun 17 yaşlı sakini, çobançılıqla məşğul olan Əhməd Qaorqaşvili səhər saatlarında Azərbaycan tərəfinə keçən inəyini geri qaytarmağa çalışıb. Azərbaycan sərhədçiləri xəbərdarlıq etmədən Əhməd Qaorqaşvili tərəfə atəş açıblar. Əhməd Qaorqaşvili aldığı güllə yarasından ölüb.

17 yaşlı Qaorqaşvilinin cəsədi Siqnax rayonunun Duisi kəndinə götürülüb. Kənd sakinləri azərbaycanlı sərhədçinin cəzalandırılmasını tələb edirlər.
XS
SM
MD
LG