Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:21

Azərbaycan-Gürcüstan sərhədində silahlı insident olub


Dünən Azərbaycan Gürcüstan sərhəddinsə silahlı insident olub.

“İnterpresnew”-sin məlumatına görə nəticədə 16 yaşlı Gürcüstan sakini Əhməd Gamrqaşvili ölüb.

Agentliyin məlumatına görə o sürünü qaytarmaq istəyərkən sərhədi keçib və Azərbaycan sərhədçiləri ona xəbərdarlıq etmədən atəş açıblar.

Faktla bağlı araşdırma gedir.

APA agentliyi isə Azərbaycanın Dövlət Sərhəd Xidmətinə istinadla aprelin 13-də Balakən rayonu ərazisində Gürcüstandan Azərbaycana keçmək istəyən 3 nəfərdən ibarət qrupun qarşısının alındığını xəbər verir.

Sərhəd xidmətinin məlumatına görə onlar sərhədçilərin xəbərdarlığına, dayanmaq əmrinə tabe olmadıqlarına görə əsgərlər atəş açmalı olub və nəticədə onlardan biri yaralanıb.

Amma onlardan heç birini ələ keçirmək mümkün olmayıb.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 318.2 maddəsinə əsasən cinayət işi başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG