Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:59
"R-Clan Cinema" studiyası tərəfindən ekranlaşdırılan filmin ssenari müəllifi və rejissoru Ramil Adiloğlu, görüntü rejissoru isə Dadaş Adnadır.

Filmin süjet xəttində, adından da göründüyü kimi, güzgü ilə bağlı yaşanan hadisə dayanır.

Film, Toğrul adlı qəhrəmanın qardaşının ölümü ilə başlayır.

Bəd xəbəri eşidər-eşitməz Toğrul yaşadığı Rusiyadan vətəni Azərbaycana geri dönməyə məcbur olur.

Dindən-imandan uzaq, ruslaşmış bu insanı qardaşının şəriətə uyğun olmayan şəkildə, xristian qəbiristanlığında dəfn olunması qətiyyən narahat etmir.

Qonşusunun ən azından yasin oxundurması fikirlərinə belə, çox etinasız yanaşan qəhrəmanın sonrakı həyatı mistikasız keçmir.

Məsələn, qeyri-adi bir varlığın gecələr onun gözünə görünməsi, qardaşının tam fərqli əksi, ölüm səhnələrinin güzgüdə əks olunması kimi.

Bu xoşagəlməzliklərin səbəbkarı kimi güzgü satıcısını görsə də, sonradan əsl səbəbin dinə zidd işlərinin olması aşkarlanır.

Müxtəlif qorxu yaradan dəhşətli səhnələrin təkrarlanmasından sonra film, Toğrulun qardaşının məzarı başında ruhuna yasin oxunturması ilə sonuclanır.

Əsas rollarda Samir Xəttab, Zaur Adiloğlu, Samirə Əhməd, Mir Mövsüm Səid, Sahib Cumayev və digərləri çəkiliblər.

Qeyd edək ki, çəkilişləri ötən ayın sonlarında tamamlanan ilk milli qorxu filmi hazırda montaj prosesindədir. Rejissorunun sözlərinə görə, "Güzgü"nün beynəlxalq festivallarda iştirakı da gözlənilir. Filmin təqdimat mərasimi yaxın zamanda baş tutacaq.

Milli.Az

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG