Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:31

Polşada prezident seçkiləri iyunun 13 və ya 20-də keçirilə bilər


Yağışa baxmayaraq polşalılar mərhum prezident Lex Kaçinski və həyat yoldaşı Mariya ilə vidalaşmaq üçün prezident sarayında növbəyə düzülüblər.

Xatırladaq ki, polşa prezidentinin təyyarəsi ötən şənbə günü Smolensk ətrafında qəzaya uğrayıb, nəticədə prezident Kaçinski və onun həyat yoldaşı da daxil olmaqla 90-dan çox adam həlak olub.

Rusiyanın hakim dairələri daha 64 aqdamın şəxsiyyətinin müəyyən edildiyini xəbər verir.

Prezidentin səlahiyyətlərini icra edən Seymin sədri Bronislav Komorovski yeni prezident seçkilərinin vaxtını müəyyən etməlidir.

Kütləvi informasiya vasitələrinin məlumatına görə seçki iyunun 13 və ya 20-də keçirilə bilər.

Prezident Lex Kaçinski bazar günü Krakovdakı Vavel qəsrində dəfn olunmalıdır.

Dəfn mərasimində ABŞ və Rusiya prezidentlərinin də iştirakı gözlənilir.
XS
SM
MD
LG