Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:22
Prezidenti İlham Əliyev Azərbaycan dramaturgiyasının banisi, filosof Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib (AzərTac).

2012-ci ildə Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi tamam olur.

Prezident məmurlara "bütün həyatı boyu doğma vətəninin və xalqının tərəqqisi yolunda yorulmadan çalışaraq yeni dövrün irəli sürdüyü mühüm elmi, mədəni və ictimai-siyasi məsələlərə daim fəal münasibət ifadə edən və zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq səhifə açan Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin təntənəli surətdə keçirilməsini təmin etmək" barədə tapşırıq verib.

Bu məqsədlə Mədəniyyət və Turizm, Xarici İşlər və Təhsil nazirlikləri, Milli Elmlər Akademiyasına Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG