Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:20

«Fatimeyi Zəhra» məscidinin işi təxirə salındı


Aprelin 14-də Ali Məhkəmədə «Fatimeyi Zəhra» məscidinin dini icmasının kasasiya şikayətinə baxmağı təxirə salıb. İcmadan verilən məlumata görə, məhkəmə bunu texniki səbəblərlə izah edib. Məhkəmənin aprelin 21-nə keçirilməsi nəzərdə tutulur.

Məscidin dini icması ümid edir ki, məhkəmə məscidin sökülməsi ilə bağlı apelyasiya məhkəməsinin qərarını ləğv edəcək.

Məhkəmə qərarında məscidin sökülməsi və həmin ərazinin Suraxanı rayon İcra Hakimiyyətinin balansına verilməsi nəzərdə tutulur.

«Fatimeyi-Zəhra» məscidinin tikintisinə 1996-98-ci illərdə icazə verilib. 2002-ci ildə məscidin tikintisinə verilən icazə Bakı meri Hacıbala Abutalıbov tərəfindən ləğv edilib.

Dini icmanın sədri Mirtofiq Rəsizadə dindarlara müraciət edib ki, məhkəmənin qərarından asılı olmayaraq təxribata uymasınlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG