Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:16

İran BMT-ə məktub göndərib


Məktubda Vaşinqtonun yeni nüvə siyasətinin «niyyəti» sual olunur və bildirilir ki, sənəd İrana qarşı nüvə hücumu təhlükəsi daşıyır.

İranın rəsmi «İRNA «agentliyi qeyd edir ki, məktubu İranın BMT-dəki səfiri Məhəmməd Kəzai təqdim edib.

Ötən həftə Vaşinqton nüvə arsenalından istifadəni məhdudlaşdıran yeni nüvə siyasətini açıqlayıb. Yeni siyasətə görə hansısa bir ölkə tərəfindən kimyəvi, bioloji və ya adi silahlarla ABŞ-a hücum olunsa həmin dövlətə atom silahı ilə cavab verilməyəcək. Lakin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əhəmiyyət verməyən İran və Şimali Koreya istisnadırlar.

İranın məktubunda deyilir ki, BMT üzvləri «21-ci əsrdə bu cür nüvə təhdidlərinə dözümlə yanaşmamalıdır».


XS
SM
MD
LG