Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:41

Müsavat partiyası icazəsiz piketə cəhd edib, 30-dan çox adam saxlanıb


Aprelin 14-də Müsavat partiyası meriya binası qarşısına icazəsiz piket keçirməyə cəhd edib. 30-dan çox piket iştirakçısı saxlanıb.

AzadlıqRadiosunun müxbirinin məlumatına görə müxalifətçilər «İçəri Şəhər» stansiyası qarşısında «Azadlıq», «Müsavat» şüarları səsləndiriblər. Şüar səsləndirənlər polis tərəfindən saxlanaraq, avtobuslarda aparılıb.

Aksiya iştirakçılarının avtobusda da şüarlarını səsləndirirdikləri bildirilir.

Aprelin 13-də Bakı Şəhər İcra Hakimiyyəti Müsavat partiyasının piketinə icazə verməyib.
Müsavat partiyası isə bildirib ki, meriyanın cavabından asılı olmayaraq piket keçirmək niyyətindədir.

Partiya piketi sərbəst toplaşmaq azadlığının bərpa olunması tələbi ilə keçirmək istəyirdi.
XS
SM
MD
LG