Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:35

«Fatimeyi Zəhra» məscidi ilə bağlı kasasiya şikayətinə baxılır


Aprelin 14-də Ali Məhkəmədə «Fatimeyi Zəhra» məscidinin dini icmasının kasasiya şikayətinə baxılacaq. Məscidin dini icması ümid edir ki, məhkəmə məscidin sökülməsi ilə bağlı apelyasiya məhkəməsinin qərarnı ləğv edəcək.

Məhkəmə qərarında məscidin sökülməsi və həmin ərazinin Suraxanı rayon İcra Hakimiyyətinin balansına verilməsi nəzərdə tutulur.


«Fatimeyi-Zəhra» məscidinin tikintisinə 1996-98-ci illərdə icazə verilib. 2002-ci ildə məscidin tikintisinə verilən icazə Bakı meri Hacıbala Abutalıbov tərəfindən ləğv edilib.

Bu arada Dini icmanın sədri Mirtofiq Rəzizadə dindarlara müraciət edib ki, məhkəmənin qərarından asılı olmayaraq təxribata uymasınlar.

XS
SM
MD
LG