Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:36

«Ora elit restoran deyil, cəzaçəkmə şəraitidir»


Qurban Məmmədov
«Bizdə həbsxanalar insan ləyaqət və şərəfini tapdalamağa yönəlmiş prinsiplər əsasında qurulub».

Bunu vəkil Qurban Məmmədov deyib. Aprelin 13-də «İşdən sonra» proqramında Azərbaycanın cəzaçəkmə müəssisələrindəki vəziyyət müzakirə edilib.

Qurban Məmmədov deyib ki, Azərbaycanın cəzaçəkmə müəssisələrində vəziyyət ürəkaçan deyil:

«Bağlarda saxlanılan itlərin şəraiti məhbusların şəraitindən min dəfə yaxşıdır. Azadlıq dediyimiz mühitdə ki otururuq, bu şərait sizin şəraitdən min dəfə pisdir. Orada şərait təhlükəsizdir. Bizim azadlığımıza uyğun həbsxanamız var. İnsanların ləyaqəti o qədər alçaldılır ki, həbsxana bizə adi gəlir. Real xəstələrin xəstəxanaya göndərilməsində problem var, bəziləri isə pul verib gedib kef çəkirlər».

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov isə bu fikirlə razılaşmayıb:

«SSRİ vaxtında olan cəzaçəkmə müəssisələri ilə müstəqil Azərbaycan cəzaçəkmə müəssisələri arasında yerlə göy qədər fərq var. Bunu tam məsuliyyətlə deyirəm. Əlbəttə ki, problem var. Harada ki, insan var, orada şəxsiyyətlərarası problemlər mövcuddur. Bizim cəzaçəkmə müəssisələri SSRİ vaxtında tikilən müəssisələrdir. Onların yenidən qurulmasında əsaslı təmirində məhkumlar üçün insan şəraitinin yaxşılaşdırılması üçün əlimizdən gələni etmişik. Hamısı da məhkumların saxlanması üçün ideal yerdir. Əlbəttə ki, ora elit restoran deyil, cəzaçəkmə şəraitidir».

Sahib Məmmədov
Penitensiar xidmətə ictimai nəzarəti həyata keçirən işçi qrupunun üzvü Sahib Məmmədov deyib ki, Azərbaycanın cəzaçəkmə müəssisələrində olan problemlərdən biri məşğulluq problemidir. Amma məhkumlar təhsillə təmin edilir:

«Məşğulluq problemdir. Amma Xələcdəki cəzaçəkmə müəssisəsində məhkumlar üzüm dirəkləri hazırlayırlar. Sifarişləri azdır. Ayda 6800 dirək hazırlayırlar. Onların istehsal imkanı var ki, onu 30 – 40 minə qaldırsınlar. Xələcdə texniki peşə məktəbi var. Üç cür təhsil gedir orada. Kompüter təlimləri, ingilis dili kursları. Məhkumlar ən pis halda istifadəçi səviyyəsində olurlar».

Cəzaçəkmə müəssisələrində hansı qəzetlər oxunur?

Məhbuslara hansı yeməklər verilir?

DAHA ƏTRAFLI «İŞDƏN SONRA»DA

/ Hazırladı Gülər Qasımova /
XS
SM
MD
LG