Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:13
Smolenskdə təyyarə qəzasında həlak olmuş Polşa prezidentinin xanımı Mariya Kaçinskanın da cəsədini Varşavaya gətiriblər. Bir gün əvvəl Rusiyada onu barmağındakı nişan üzüyündən tanıyıblar.

Polşanın səhiyyə naziri Eva Kopaç jurnalistlərə bildirib ki, Mariya Kaçinskanın barmağında içində yazısı olan nişan üzüyü olub. Elə bu üzüklə də cəsədin xanım Kaçinskiyə məxsus olması aydınlaşıb.


AzadlıqRadiosunun Polşadakı müxbiri Aleksandr Lemeşevskiy xəbər verir ki, Mariya Kaçinskanın cənazəsini aeroportda yaxınları və fəxri qaravul qarşılayıb və minlərlə varşavalının müşayiətiylə Prezident Sarayına doğru yola salınıb.

Adamlar havanın yağışlı olmasına baxmayaraq, Prezident Sarayına yığışıb. Prezident dəftərxanasının rəhbəri Yaçek Sasin bilidrib ki, Lex və Mariya Kaçinskilərlə vidalaşmaq istəyənlərin hər birinə imkan yaradılacaq, lazım gəlsə, qapılar gecə də açıq olacaq:

«Birinci ledi prezidentlə birgə bu saraydan Rusiyaya yollanıb, burda onlar birgə yaşayıblar, sonrasa bir yerdə Rusiya torpağında həlak olublar. Fikirləşirəm ki, onların cənazələrinin də vidalaşmaq üçün yanaşı qoyulması düzgündür».

Əvvəlcədən müəyyənləşdirilib ki, bazar günü dəfn mərasimi olsun. Artıq vidalaşma mərasimi başlayıb.

Hələlik prezident və xanımının harada dəfn ediləcəyi məlum deyil. Mümkündür ki, bu, Varşava kilsələrinin biri olsun.

Smolenskdəki təyyarə qəzasında Polşanın 100-ə yaxın ictimai-siyasi xadimi, millət vəkili, ölkə prezidenti və xanımı həlak olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG