Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:29

Seçki komissiyalarından şikayətlər müzakirə ediləcək


Sergey Kuznetsov
Sergey Kuznetsov
Avropa Şurasının Azərbaycanda parlament seçkiləri ilə əlaqədar Fəaliyyət Planı çərçivəsində Venesiya Komissiyası (VK) Mərkəzi Seçki Komissiyası ilə birlikdə bir sıra tədbirlər həyata keçirməyi nəzədə tutur.

Venesiya Komissiyasının nümayəndəsi Sergey Kuznetsovun aprelin 13-də Bakıda keçirdiyi brifinqdə verdiyi məlumata görə, iyunda seçki komissiyalarının qərarlarından şikayət sisteminin birgə müzakirəsi nəzərdə tutulur. İki il əvvəl VK bu məsələ ilə bağlı tövsiyələrlə çıxış edib və indi «sistemin təcrübədə necə işlədiyinə baxmaq və onun optimallaşdırılması üzrə tədbirlər işləyib hazırlamaq lazımdır».

Bu zaman Strasburq məhkəməsinin 2005-ci il parlament seçkilərində Bərdə dairəsində hüquq pozuntularının tanınması haqqında bu yaxınlarda çıxardığı qərar da nəzərə alınacaq.

Bundan başqa, VK MSK ilə birlikdə ərazi seçki komissiyalarının təkmilləşdirilməsi üzrə tədbirlər həyata keçirməyi planlaşdırır.

TURAN-ın yaydığı məlumata görə, Kuznetsov ATƏT ekspertlərinin bütün səviyyələrdə seçki komissiyaları rəhbərldərinin «üçdə bir» prinsipi ilə: hakim partiya, bitərəf və parlament müxalifəti nümayəndələrindən təyin edilməsi haqqında təkliflərini şərh etməyib.

Kuznetsov xatırladıb ki, iki il əvvəl VK-nın irəli sürdüyü tövsiyyələr qüvvədədir. Bu tövsiyyələr seçki komissiyalarının siyasi tərkibinə, onlarda sədr və katiblik vəzifələrinin paylanmasına, kampaniyanın mətbuatda işıqlandırılmasına, şikayət prosedurlarına aid idi.

VK-nın seçki qanunvericiliyi ilə bağlı yeni tövsiyələri yoxdur, belə ki, «hökumət belə bir sorğu ilə müraciət etməyib», deyə o bildirib.

Seçki ərəfəsində söz azadlığı sahəsində vəziyyəti şərh etmək xahişinə cavabda Kuznetsov bildirib ki, VK iki il əvvəl sərbəst toplaşmaq azadlığı haqqında qanunla bağlı ümumilikdə müsbət rəy verib. O deyib ki, «qanunun tətbiqi ilə bağlı mövcud şikayətlər» nəzərə alınmaqla, bu məsələ ilə bağlı müzakirələrə və «problemlərin yaranması səbəblərinin» araşdırılmasına tələbat var.
XS
SM
MD
LG