Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:06

Mariya Kaçinskanın cəsədi Varşavaya göndərilib


Lex Kaçinskinin həyat yoldaşı Mariya Kaçinskanın cəsədi Varşavaya göndərilib. O həyat yoldaşı da daxil olmaqla 96 nəfərlə birlikdə Smolenskdə təyyarə qəzasında həlak olmuşdu. Mariya Kaçinskanın tabutu Lex Kaçinskinin tabutu ilə yanaşı Prezident Sarayına qoyulacaq. Axşamdan başlayaraq vida mərasimi keçiriləcək.

Bu gün Polşa parlamentində Seymin və Senatın 18 deputatının xatirəsiylə bağlı matəm mərasimi də keçirilir. Bütün həlak olanlarla vida mərasimi bu şənbə keçiriləcək. Dəfn isə bazar günü olacaq.

XS
SM
MD
LG