Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:18

Polşa prezidentinin deyə bilmədikləri...


Lex Kaçinski
Lex Kaçinski
Polşanın Smolenskdə təyyarə qəzasında həlak olmuş prezidenti Lex Kaçinskinin Katın faciəsiylə bağlı deyə bilmədiyi nitqin yazılı variantından parçalar:

«Hörmətli Katın ailələrinin nümayəndələri!

Hörmətli xanımlar və cənablar!

1940-cı il aprelində «NKVD» 21 mindən çox polşalı əsiri öldürdü. Bu genosid Stalinin əmriylə törədilib. Təkcə Katın meşələrindəki cəza yerlərində yox, Tverdə, Xarkovda, məlum olan və olmayan yerlərdəki düşərgələrdə Polşa sakinləri öldürülüb.

KATIN QURBANLARI ÜÇÜN AĞLAMAQ QADAĞASI

Bu faciənin ən ağır epizodu Katındır. Polşa zabitləri, ruhanilər, məmurlar, polislər, sərhədçilər məhkəmə araşdırması olmadan məhv ediliblər. Onlar elan edilməmiş müharibənin qurbanları idi. Onları qanunları və konvensiyaları, dünya sivilizasiyasının qaydalarını tapdalayıb öldürdülər. Ölüm quyuları güllələnmiş insanların cəsədini və bu cinayətin izlərini əbədilik gizlətməliydi. Dünya bu haqda heç vaxt heç nə bilməməliydi. Qurbanların ailələrini ölənlərə açıq-aşkar ağlamaq və yaxınlarının xatirəsini ləyaqətlə anmaq haqqından məhrum elədilər.

KATIN HADİSƏSİ NƏYİN TƏMƏLİ OLDU?

Bu həqiqəti gizlətmək qərarı müharibədən sonrakı Polşada yerli kommunistlərin hakimiyyətə yiyələnmə təməllərindən biri oldu. Polşa Xalq Respublikası bu yalanın üzərində quruldu. Bu, elə bir zaman idi ki, insan öz yaddaşına, Katın haqqında bildiklərinə görə ağır «bac-xərac» ödəməliydi. Bütün bunlara rəğmən, ölənlərin yaxınları da, yaxın olmayan cəsur insanlar da bu xatirəni mərdi-mərdanə qorudular, onun uğrunda vuruşdular, onun uğrunda çarpışdılar və bu xatirəni gələcək nəsillərə ötürdülər.

Buna görə onların hamısına, ələlxüsus Katın ailələrinə hörmət və minnətdarlığımızı bildirmək bizim borcumuzdur. Öz yaxınlarınızla bağlı bu xatirəni qoruyarkən siz polyak milli şüurunun, milli mənliyinin mühüm bir hissəsini xilas etmisiniz, buna görə mən Polşa Respublikası adından sizə ən dərin ehtiramımı bildirirəm.

POLŞA-RUSİYA MÜNASİBƏTLƏRİNİN DÜYÜNÜ

Katın Polşa tarixinin yaralı yeridir və on illər boyu Polşa-Rusiya münasibətlərini korlayıb. Gəlin elə edək ki, Katın yarası birdəfəlik qaysaq bağlasın. Biz buna artıq yaxınlaşmışıq. Biz polyaklar rusların son illərdə etdiklərini lazımınca qiymətləndiririk.

Katın cinayətinin bütün detalları sonacan aydınlaşdırılmalı və təhlil olunmalıdır. Qurbanların günahsızlığını hüquqi baxımdan təsdiqləmək, bu cinayətə aid olan bütün sənədləri açmaq lazımdır. Biz bunu qurbanların xatirəsinə və onların ailələrinin çəkdiyi iztirablara hörmət naminə tələb edirik. O cümlədən, Avropanın bütün qonşu xalqları arasında etibar və tərəfdaşlığın bünövrəsində dayanan ümumbəşəri dəyərlər naminə tələb edirik.

Gəlin ölənlərin xatirəsini birlikdə yada salaq və onların məzarı önündə birlikdə dualar edək. Qəhrəmanlara eşq olsun! Onların xatirəsinə eşq olsun!»

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG