Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:43

Obama Sarkisyanı göstərdiyi səylərə görə alqışlayıb


ABŞ prezidenti Barak Obama nüvə təhlükəsizliyi sammiti çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb.

Ağ Evin məlumatına görə, Obama Sarkisyanı Ermənistan və Türkiyə arasındakı münasibətlərin normalaşması üçün göstərdiyi cəsarətli səylərə görə alqışlayıb. Onu Ermənistan xalqının mənafeyi naminə münasibətləri normallaşdırmaq vədini yerinə yetirməyə çağırıb.

Obama Ermənistan və Türkiyəni normallaşma prosesinin irəliləməsi üçün hər cür səy göstərməyə və qanunverici orqanlarda protokolları təsdiqləməyə səsləyib.

XS
SM
MD
LG