Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:42

Gənc ailələrin sosial müdafiəsi ilə bağlı qanun hazırlanır


Milli Məclisdə «Gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında» qanun layihəsi hazırlanır.

Bu barədə məlumatı parlamentin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli verib.

Hadi Rəcəbli bu gün gənc ailələrə qayğının dövlətin diqqət mərkəzində olduğunu deyib. Onun dediyinə görə, yeni qanun dövlətin bu sahəyə diqqət və qayğısının hüquqi aspektlərini müəyyənləşdirəcək.

Hazırda mütəxəssislər qanun layihəsi üzərində çalışır və dünya təcrübəsini öyrənirlər. Komitə sədri qeyd edib ki, sənəddə gənc ailələrə bir sıra sosial güzəştlər də nəzərdə tutulub.
XS
SM
MD
LG