Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:00
«Yeni Müsavat»:

«Delfin» oteli də söküntü planına düşür

«Nəqliyyat Nazirliyi bu günlərdə avtomobil və dəmir yollarının mühafizə zolağında inşa olunmuş qanunsuz tikililərlə bağlı rəsmi məlumat yaydı. Araşdırmalarımız nəticəsində məlum oldu ki, elə nəqliyyat naziri Ziya Məmmədovun «Delfin» oteli də respublika əhəmiyyətli magistral yolun, dəmir yolu və neft kəmərinin yanında tikilib, üstündən isə yüksək gərginlikli elektrik xətti keçir. Bakı-Sumqayıt magistral yolunun sağında yerləşən otellə yol arasındakı məsafə 10 metrdir. Nazirin obyektinin arxasından isə dəmir yolu xətti keçir.
Dünən həmin ərazidə olub ölçmə apardıq. Məlum oldu ki, dəmir yolu ilə hotel arasındakı məsafə 20 metrdir. Ən maraqlı fakt isə hotellə Dövlət Neft Şirkətinin (ARDNŞ) Neft Kəmərləri İdarəsi tərəfindən mühafizə olunan böyük neft kəməri arasındakı məsafənin 10 metr olmasıdır. Halbuki ARDNŞ-nin neft kəmərinə vurduğu lövhədə mühafizə zolağı 50 metr kimi göstərilib. Eyni zamanda otelin üstündən bu yaxınlarda ard-arda iki dəfə qəzaya uğrayan və paytaxtı işıqsız qoyan Xırdalan yarımstansiyasından gələn yüksək gərginlikli elektrik xətti keçir».

«Azərbaycan»:

Məcburi köçkünlərin başlıca arzusu doğma yurdlarına qayıtmaqdır

«Son 6 ildə iqtisadiyyatı 4 dəfə artan respublikamızın rayonları arasında hərtərəfli inkişaf tempi, genişmiqyaslı abadlıq - quruculuq işləri ilə seçilən Qəbələ rayonunda məskunlaşmış məcburi köçkünlər də ölkəmizin ərazi bütövlüyünün tezliklə bərpa ediləcəyinə əmindirlər. Bu il fevralın 27-də Prezident İlham Əliyevin Qəbələdə məcburi köçkünlərlə görüşündən sonra onların inamı daha da artıb. Həmin səfər zamanı ölkə rəhbəri Qəbələ rayonunun Zarağan bələdiyyəsi ərazisində məcburi köçkün ailələri üçün salınmış yeni məhəllədə oldu. Məhəllənin tikintisinə 2008-ci ilin oktyabrında başlanılıb və bu ilin fevralında başa çatdırılıb. Qəbələdəki «Qafqaz» turizm bazasında və «Lalə» Sağlamlıq mərkəzində müvəqqəti məskunlaşan 155 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan və 4 hektar sahəni əhatə edən məhəllədə beşmərtəbəli 2 yaşayış binası və 188 şagird yerlik məktəb binası tikilib. Məhəllənin salınması münasibəti ilə məcburi köçkünləri təbrik edən Prezident İlham Əliyev demişdir: «Siz uzun illərdir ki, ağır vəziyyətdə yaşayırsınız. Amma artıq bu gündən yaxşı, gözəl şəraitdə yaşayacaqsınız. Burada yaşayış şəraiti yaxşıdır və əminəm ki, siz bu evlərdə rahat yaşayacaqsınız. Ancaq əsas məsələ ondan ibarətdir ki, siz öz doğma torpaqlarımıza qayıdasınız!»

«SƏS» İnformasiya Agentliyi:

Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə sərgi açılacaq

«Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin incəsənət bilikləri, təsviri sənət və sərgilər bölmələrinin birgə təşkilatçılığı ilə may ayında iki sərgi açılacaq. SİA-nın Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, həvəskar rəssam və xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr ediləcək. Sərgidə 100-dən çox əsər nümayiş olunacaq».

«Azadlıq»:

Kəmaləddin Heydərov zeytun biznesini də ələ alır


«Fövqəladə hallar naziri «Jalə» brendi altında şirə biznesini, süd məhsullarının satışını monopoliyaya götürdükdən sonra zeytun yağlarına da əl uzadıb. Artıq «Jalə» şirkəti zeytun yağlarının istehsalına başlayıb. Hətta “Jalə” zeytun yağları satışa da buraxılıb.
Əldə etdiyimiz məlumatlara görə, bu yağlar satışa buraxıldıqdan sonra ticarətdə digər şirkətlərin istehsal etdiyi zeytun yağlarının satışına problemlər yaradılır. Məlumatlarda deyilir ki, «Jalə» şirələrinin satışı necə təşkil edilirsə, «Jalə» zeytun yağları da eyni üsulla bazara çıxarılır. Yəni, ticarət obyektlərinə tapşırılır ki, piştaxtada ən öndə «Jalə» zeytun yağları olmalıdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG