Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:06

Sarkisyan Koçaryan haqqında suallara qısa cümlələrlə cavab verib


Armenia - Armenian President-elect Serzh Sarkisian (L) shakes hands with former Armenian President Robert Kocharyan (C) and his wife Bella (L) during an inauguration ceremony in Yerevan, 09Apr2008

Armenia - Armenian President-elect Serzh Sarkisian (L) shakes hands with former Armenian President Robert Kocharyan (C) and his wife Bella (L) during an inauguration ceremony in Yerevan, 09Apr2008

Ermənistan prezidenti Serj Sarkisyan sələfi Robert Koçaryanın iqtisadi siyasətə görə hökumətə yönəltdiyi tənqidlərin o qədər önəmli olmadığını nümayiş etdirib.

Sarkisyan Koçaryanın siyasətə dönüşü barədə söhbətlərə də ciddi reaksiya verməyib.

Ötən ay Koçaryanın hakimiyyətə ünvanlanan tənqidlərinin ardınca, Yerevanda bəzi təhlilçilər keçmiş prezidentin baş nazir postunu tutumaq istədiyi haqqında mülahizələr səsləndiriblər.

Serj Sarkisyan aprelin 9-da bu mövzuda suallara cavabında qısaca onu deyib ki, Koçaryan onsuz da heç vaxt siyasi səhnədən getməmişdi ki, indi də geri qayıda. Hökumətdə mümkün dəyişiklik haqqında suala cavabında Sarkisyan deyib: “Mən indiki baş naziri və ya hökuməti dəyişməyə hazırlaşmıram”.

1998-2008-ci illərdə Ermənistanın prezidenti olmuş Robert Koçaryan da aprelin 8-də yazılı bəyanatla çıxış edərək siyasətə qayıtmaq istəməsi haqqında yayılan məlumatların yalan olduğunu bildirib: “Əgər qayıtmaq qərarına gəlsəm, bunu birbaşa və açıq elan edəcəm” – deyə o bəyanatında qeyd edib.

Serj Sarkisyan Koçaryanın prezidentliyi dövründə Milli Təhülkəsizlik Şurasının sədri, Baş nazir, Müdafiə naziri kimi vəzifələr tutub. Ermənistan müxalifəti iddia edir ki, 2008-ci ildə mübahisəli prezident seçkisində də Sarkisyan məhz Koçaryanın himayəsi sayəsində prezident postunu tutub. Yerevanda təhlilçilər deyirlər ki, Koçaryan siyasətə qayıtsa, hakimiyyəti əldə saxlamaq Sarkisyana çətin olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG