Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:53

Medvedev İrana sanksiyaların humanitar fəlakət yarada biləcəyini deyir


Rusiya prezidenti Dmitri Medvedev İrana qarşı enerji sanksiyalarının humanitra fəlakət yarada biləcəyini deyib.

Medvedev bildirib ki, İranın nüvə planları yaxından izlənməlidir, amma BMT-nin təqdim etdiyi yeni sanksiyalar bütün iranlıların bütün dünyaya nifrət etmələri ilə nəticələnməməlidir.

Qərb ölkələri İranın nüvə proqramının atom bombası düzəltmək üçün olduğunu deyirlər, amma Tehran proqramın dinc məqsədli olduğunda israr edir.
Rusiya prezidenti aprelin 12-də ABC telekanalına müsahibəsində bildirib ki, sanksiyalar İranın neft satmasına mane olmamalı, ümumiyyətlə bu sanksiyalar əzablar yaratmamalıdır.

Vaşinqtonda keçirilən beynəlxalq nüvə təhlükəsizliyi sammitinə qatılan Medvedev BMT-nin İrana qarşı yeni sanksiyalar qəbul etməsi barədə ABŞ-ın təşəbbüslərinə dəstək də nümayiş etdirib.

Dmitri Medvedev həmçinin qeyd edib ki, ABŞ Avropada yeni raketdənmüdafiə sistemləri yaradaraq “bu bölgədə balansı pozarsa, Moskva nüvə silahlarının azaldılması barədə Vaşinqtonla keçən həftə imzaladığı yeni sazişdən çıxa bilər.”

Günün bütün mövzuları

XS
SM
MD
LG