Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:18

Səbr kasası daşanda


Bişkekdə müxalifətin aksiyası, 7 aprel 2010
Bişkekdə müxalifətin aksiyası, 7 aprel 2010
Neçə illərdir qırğız xalqı əzab-əziyyətlərə dözürdü. Hədsiz soyuq keçən ötən illərin qışında onlar soyuqdan əziyyət çəkirdilər. Baxmayaraq ki, həmin vaxtlar söz-söhbət gəzirdi ki, hakim ailə qonşulara elektrik enerjisi satır. Seçki saxtalaşdırılırdı. Ancaq camaatı ələ salırdılar ki, onların səsinə ehtiyac yoxdur. Onsuz da vəzifəni dövlət verir. Çoxları xaricdən müdaxilənin olmasını – böyük qardaşın – ya Moskvanın, ya da Vaşinqtonun ölkədə baş verənlərə müdaxilə edib ədalətin bərpa edilməsinə ümid edirdilər.

Lakin saxta seçkilərdən sonra Kreml Kurmanbek Bakiyevi təbrik etdi, onu tanıdı. Amerika da «Manas» hərbi bazasında maraqlı idi. Ona görə də bu saxtakarlığıa səssiz qaldı. Qırğızıstan müxalifəti isə ən yaxşı halda bir neçə yüz nəfərlə etiraz aksiyaları keçirə bilirdi. Heç kim, o cümlədən Birləşmiş Ştatlar Qırğızıstanda nəyinsə dəyişəcəyinə heç bir səbəb görmürdü. Elə bil hər şey onlar üçün qaydasında gedirdi.

BU, BİR QİYAM İDİ

Lakin ötə həftə yalnız bir günün içində hakimiyyət devrildi. Hakimiyyətin çökməsinin belə sürətlə baş verməsi istər-istəməz baş verənlərdə xarici əlin olmasını düşünməyə əsas verirdi. Ancaq hər şey daha sadədir. Bu nə inqilab, nə də dövlət çevrilişi idi – bu bir qiyam idi. Bu qiyamın səbəbkarı isə prezident Bakiyev və bütün hakimiyyəti ələ keçirmiş ailəsi oldu.

Kommunal xərclərin qiymətlərinin iki dəfə artmasından sonra nəhayət Bakiyev qırğız xalqının səbr kasasını daşırdı. İlin sonuna qədər daha böyük artımların olacağı bildirildi. Bütün bunlar bazar iqtisadiyyatı islahatları altında təqdim olunurdu. Ancaq ölkənin laxlamış energetika sistemi üçün vəsait lazım idi. Buna görə də qiymətləri artırmaq lazım idi. Lakin çox az adam buna inanırdı. Haqlı olan şübhələr qəzəbə çevrildi.

O vaxt ki, məlum oldu ki, ölkənin ən böyük gəlirli enerji təchizatı şirkəti özəlləşdirildi. Özü də cəmi 3 milyon dollara. Hansı ki, hökumət 2008-ci ilin sonlarında həmin müəssisəni 137 milyon dollar məbləğində qiymətləndirmişdi.
Kurmanbek Bakiyev Cəlalabadda, 12 aprel 2010
İnsanların çoxu əmin idilər ki, yeni sahib prezidentin oğlu Maksim Bakiyev idi.

CAMAAT İLK DƏFƏ FEVRALIN SONLARINDA KÜÇƏLƏRƏ ÇIXDI

Camaat ilk dəfə fevralın sonlarında keçələrə çıxdı. Bu ölkənin ən sərt qışını yaşayan Narın şəhərində baş verdi. Etirazlar sonra digər şəhərlərə də keçdi. Son bir ayda isə Rusiyanın rəsmi mediası Bakiyev rejiminə qarşı tənqidlərə başladı. Onu korrupsiyada və tayfabazlıqda ittiham edirdilər. Ötən həftə isə hərbçilər mitinqçilərə atəş açdı. Etirazçılar da buna cavab verəndə rejim devrildi.

Bu, Qırğızıstan tarixində təzə hadisə deyildi. Bir neçə il əvvəl belə bir hadisə vermişdi. Lakin baş verənlər nədənsə yenə təəccüblə qarşılandı. Sabit, lakin qeyri-demokratik rejimlər böyük səxavətlə maliyyələşdirilən təhlükəsizlik maşını ilə birlikdə tamamilə çökdü. O vaxt ki, hakimiyyəti qoruyan sıravi əsgərlər öz liderlərinə görə ölümə getməyə razı olmadıqlarını bildirəndə, bütün bu sistem də çökdü.

1975-ci ildə Tayvanda da belə olmuşdu. Hamı düşünürdü ki, təhlükəsizlik qüvvələri son damla qanlarına qədər hakimiyyət uğrunda döyüşməyə hazırdırlar. Ancaq onlar küçənin ortasında öz uniformalarını çıxarıb ailələrinin yanına gedilər. 1986-cı ildə Manilada Markosun elit prezidenti mühafizə komandası xalqın gücü ilə buraxıldı. 1990-cı ildə Moskvada da elit qüvvələr çevrilişi dəstəkləməkdən imtina etdilər.

«Manas» hərbi bazası, 12 fevral 2009
Lakin Vaşinqton «Manas» hərbi bazasına görə Bakiyev rejiminə etinasız qaldı. Bu çox yanlış bir siyasət idi. İndi amerikalılar hakimiyyətə gəlmiş müxalifətçilər arasında təcili özlərinə dost axtarmalıdırlar. Çünki son illərdə ABŞ onlara etinasız yanaşmışdı. Bu da müxalifətdə ABŞ-a qarşı pis münasibət formalaşdırmışdı.

AVTORİTAR REJİMLƏR TƏKCƏ XOŞ OLMAYAN MÜTTƏFİQLƏR DEYİLLƏR

Bütün bu hadisələrdə Vaşinqton və Qərb nəticə çıxarmalıdır. İlk növbədə bilməlidirlər ki, avtoritar rejimlər təkcə xoş olmayan müttəfiqlər deyillər. Onlar həm də etibarsız müttəfiqlədir. Onlar bütün təhlükəsiz yolları bağlayırlar – azad seçkilər, media, demokratik müzakirələr, müxalifət – bütün bunların qarşısını alırlar. Ona görə də dəyişikliyin yeganə yolu partlayış olur. Belə rejimlərdən asılı olmaq nəinki etik cəhətdən düzgün deyil, həm də yanlış bir strategiyadır.

Nəhayət, Qırğızıstan Mərkəzi Asiyada istisna deyil. O Mərkəzi Asiya üçün bir normadır. Yəni, regionun bir çox liderləri Bakiyevə oxşayır. Bəziləri ondan da pisdir. Onların hamısı avtokratlar və həddindən artıq korrupsiyalaşıblar. Bu ölkələrin hamısı Əfqanıstanda əməliyyatlar keçirmək üçün öz ərazilərini təklif edir. İndi heç kim deyə bilməz ki, həmin digər ölkələrin vətəndaşlarının səbr kasası nə vaxt daşacaq. Ancaq Bişkek hadisələri göstərir ki, bu gözlənilmədən bir anda baş verir.

FORUMDA MÜZAKİRƏLƏRƏ QATIL

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG