Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:25

Bakiyev: “kəndə gəlsinlər”


Kurmanbek Bakiyev bildirir ki, müxalifət liderləri onunla danışmaq istəyirlərsə, indi qaldığı kəndə gəlməlidirlər.

Qırğızıstanın cənubunda Teyit kəndində tərəfdarlarının keçirdiyi mitinqdə çıxış edən Bakiyev israrla bildirib ki, o, ölkənin qanuni prezidentidir.

Müxalifətin yaratdığı müvəqqəti hökumət isə bildirir ki, aprelin 7-də hökumət qüvvələrinin mitinqçilərə atəş açaraq 81 nəfəri öldürməsindən sonra prezident istefa verməlidir.

Amma Bakiyev mitinqçilərə atəş açmaq əmrini vermədiyini, hakimiyyətin güc yolu ilə zəbt edildiyini bildirir. Prezident öz tərəfdarlarını aprelin 13-də ölkənin cənub şəhərlərində mitinqlər keçirməyə çağırıb. Onun dediyinə görə artıq 10 deputat da ona qoşulub və hazırda kənddə onun yanındadırlar.

Müxalifət liderlərinin yaratdığı müvəqqəti hökumətin rəhbəri Roza Otunbayeva misə Bakiyevlə danışıqlardan imtina edib. O, Bakiyevi insanları qətlə yetirməıkdə ittiham edərək onun və ytaxınlarının həbsi üçün çalışdıqlarını bildirib.
XS
SM
MD
LG