Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:53

Yamadayevin qətlinə görə iki nəfər azadlıqdan məhrum edildi


Aprelin 12-də Dubayda məhkəmə iki nəfəri çeçen hərbi komandiri Sulim Yamadayevin qətlinə görə azadlıqdan məhrum edib. Onlar 2009-cu ildə Yamadayevin qətlə yetirilməsində iştirak etməkdə suçlu bilinərək ömürlük azadlıqdan məhrum ediliblər.

Tutulanlar Tacikistan vətəndaşı Maksud Can Asmatov və İran vətəndaşı Mehdi Tağı Dahuriyadır. Məhkəmənin qənaətinə görə onlar Yamadayevin qatilinə yardım etməklə bu cinayətə ortaq olublar.

Dubay polisi qətlin sifarişçisi kimi də Çeçenistan prezidenti Kadırovun müşaviri olan Adam Delimxanovun adını çəkib. Amma Delimxanov bu ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG