Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:12
Görkəmli Fransa yazıçısı, “Balaca şahzadə” əsərinin müəllifi Antuan de Sent-Ekzüperini əks etdirən nadir kinokadrlar Sotheby's hərracına çıxarılıb. ("Guardian")

2 dəqiqə 19 saniyəlik kadrlar əvvəllər ictimaiyyətə məlum deyildi.

Kadrları 1942-ci ildə 16 mm-lik Kodachrome plyonkasına həvəskar operator çəkib.

Bu, yazıçının Kanadada olduğu dövrdə lentə alınıb. O, qayıqda qadınların əhatəsindədir, şən əhval-ruhiyyədədir, zarafat edir.

Kadrlara onun həyat yoldaşı Konsuelo da düşüb.

Bu, Sent-Ekszüperini əks etdirən ən əhəmiyyətli kadrlardandır.

Ona 50 min avro qiymət qoyulub.

Hərrac mayın 18-də Parisdə keçiriləcək.

Həm də pilot olaraq 2-ci Dünya Müharibəsində iştirak edən yazıçı bu kadrların çəkilməsindən 2 il sonra – 1944-cü ildə həlak olub.

Onun idarə etdiyi təyyarə kəşfiyyat uçuşundan geri qayıtmayıb.

Sent-Ekzüperinin məşhur “Balaca şahzadə” əsəri isə 1943-cü ildə nəşr edilib.

Sent-Ekzüperinin Əlcəzairdən olan hərbçi qadına ünvanladığı 10 sevgi məktubu 2007-ci ildə hərracda 190 min avroya satılıb.

Keçən il isə “Balaca şahzadə”nin əlyazmalarından biri auksionda 250 min avroya satılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG