Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:56

Pakistan öz nüvə silahını etibarlı qoruduğuna zəmanət verir


Pakistan rəsmilərinin məlumatına görə ölkənin şimal-şərqində polis məntəqəsinə hücum olub. Atışmada təhlükəsizlik qüvvələrindən iki nəfər, yaraqlılardan isə 40 nəfər həlak olub.

Təhlükəsizlik qüvvələri Şirin Dərə və Sanqrana kəndlərinə hücumların qarşısının alındığını bildirilər.

Pakistan hərbi qüvvələri mart ayında bur ərazilərdə əməliyyatlar keçirib orada olan 300 nəfərə yaxın yaraqlını məhv etdiyini bildirir.

Pakistanın baş naziri Yusuf Raza Gilani bird aha ABŞ prezidentini əmin edib ki, onun hökuməti malik olduğu nüvə silahını etibarlı şəkildə qoruyur. Prezident Obama Pakistanın baş naziri ilə Vaşinqtonda keçirilən beynəlxalq nüvət təhlükəsizliyi konfransından əvvəl görüşüb.

Mütəxəssislər də Pakistanın nüvə aresenalının mühafizəsinin olduqca güclü olduğunu, amma Əl-Kaidə və Taliban yaraqlılarının yaratdığı təhlükələrin davam etdiyini deyirlər.
XS
SM
MD
LG