Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:54

Qambiyanın xarici işlər naziri Bakıdadır


Aprelin 12-də Xarici işlər naziri Elmar Məmmədyarov Qambiya Respublikasının Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdəki Qambiyalılarla iş üzrə naziri Usman Cammehi qəbul edib.

Görüşdə nazir E. Məmmədyarov iki ölkə arasında iqtisadi, mədəni, humanitar, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu və bunun səmərəli istifadə olunmasının ölkələrarası münasibətlərin dərinləşməsinə daha da təkan verəcəyini vurğulayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qambiyalı diplomat ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsi məsələsində Azərbaycanın tutduğu mövqeyi bundan sonra da dəstəkləyəcəyini söyləyib.

Görüşün sonunda hər iki nazir «Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qambiya Respublikasının Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdəki Qambiyalılarla iş üzrə Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol»u imzalayıb.
XS
SM
MD
LG