Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:11

Bakiyev tərəfdarlarını mitinqə çağırır


Qırğızıstan prezidenti Kurmanbek Bakiyev hakimiyyəti devriləndən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. O ölkənin cənubundakı Teyit kəndində çıxış edərək rəqiblərini hakimiyyəti güc yolu ilə ələ keçirməkdə ittiham edib.

Geri çəkilməyəcəyini bildirən Kurmanbek Bakiyev tərəfdarlarını sabahdan etibarən Cəlalabad və ölkənin cənubundakı digər şəhərlərdə mitinqlərə başlamağa çağırıb. Bakiyev ölkədə nizam-intizam yaratmaq üçün BMT-yə müraciət edərək sülhməramlılar göndərməsini istəyib.

XS
SM
MD
LG