Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:27

Bakıda 50 mərcxana açılır


Bu ilin mayında Bakı şəhərində 50 bukmeker kontoru (mərcxana) açılacaq.

Bu barədə aprelin 12-də jurnalistlərə Gənclər və İdman naziri Azad Rəhimov deyib:

«İlkin mərhələdə bu işə Bakıda başlanılacaq. Avqustda isə ölkə üzrə 300 belə mərcxananın yaradılması gözlənilir».

Nazir mərcxanaların kafe və çayxanalarda da olacağını mümkün sayıb.

Gənclər və İdman Nazirliyində Türkiyə şirkəti «İnteltex»lə birgə totalizator işini aparacaq «Azəridmanservis» şöbəsi yaradılıb.

Dövlət totalizatordan 70%, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) isə 30% gəlir əldə edəcək./Trend/

Günün bütün mövzuları

XS
SM
MD
LG