Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:30
Polşa prezidentinin həlak olduğu təyyarə qəzasının səbəbləri ilə bağlı çoxlu mülahizələr irəli sürülür.

İlkin izahatlar məsələyə aydınlıq gətirməkdən çox, yeni suallar doğurur.

Faciə günü yayılan xəbərlərdə deyilirdi ki, qəza rayonunda hava dumanlı olub. Belə olan halda, təyyarə və Smolensk aerodromu dumanlı havada yerə enməyə imkan yaradan tələblərə nə dərəcədə cavab verirdi?

Bundan başqa, təyyarənin 4 dəfə yerə enməyə cəhd göstərməsi haqda məlumatlar da səsləndi. Bu zaman sual yaranır ki, prezident təyyarəsinin pilotları ilə Smolensk aeroportunun dispetçerləri bir-birini nə dərəcədə başa düşürdü? Onlar hansı dildə ünsiyyət qururdular, rusca, yoxsa ingiliscə?

Tu-154 təyyarələri və Smolensk aerodromu dumanlı havada yerə enmək manevrini həyata keçirmək üçün texniki cəhətdən nə dərəcədə hazırlıqlı olublar? Pilotların və dispetçerlərin peşə hazırlığı necə, bunu həyata keçirməyə imkan verirdimi?

Versiyaların birinə əsasən, prezident təyyarəsi yerə enməzdən əvvəl havada dövrə vuraraq yanacaq çənində olan benzini boşaldıb. Amma adətən bu addımı qəza vəziyyətinə düşən təyyarələr yerə enməyə məcbur olanda həyata keçirirlər ki, toqquşma olarsa partlayış və yanğın ehtimalı minimuma ensin.

Məsələnin siyasi tərəfi də qızğın müzakirə mövzusudur. Rusiya ilə Polşa arasında olan münasibətləri önə çəkərək təyyarə qəzasının təsadüf olmadığı haqda şübhələr də səslənir.

Elə isə faciə haqda bütün obyektiv informasiyanı özündə saxlayan qara yeşik harada analiz olacaq, Rusiyada, yoxsa Polşada?

Bütün bu suallara AzadlıqRadiosunun «İşdən sonra» proqramında cavab verildi. ƏTRAFLI BURADA OXU

Şərhləri göstər

XS
SM
MD
LG