Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:01

Masallıda yaşlıların təhsili mərkəzi yaradılacaq


Masallı şəhərində təhsil kursları vasitəsilə yaşlıların təhsili inkişaf etdiriləcək.
Bu, Avropa Komissiyasının «Qeyri-hökumət və yerli özünüidarəetmə qurumları inkişafda» Proqramı çərçivəsində «Yaşlıların Təhsili Mərkəzləri yoxsulluğun azaldılması, təhsil və sosial həmrəylik üçün imkan kimi» layihəsində nəzərdə tutulub.

layihə Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu və yerli tərəfdaş qurumlar tərəfindən 30 ay müddətində həyata keçiriləcək. Yaşlıların təhsilinin inkişaf etdirilməsi layihəsi cənub bölgəsinin Masallı, Cəlilabad, Lənkəran, Yardımlı, Lerik və Astara rayonlarını əhatə edəcək.
Yaşlı insanların maarifləndirilməsində məqsəd regionda yoxsulluğun azaldılmasına nail olmaqdır.

Layihənin əlaqələndiricisi İsgəndər Sadiq AzərTAc-a bildirib ki, həyata keçiriləcək tədbirlər nəticəsində Masallı rayonunda Yaşlıların Təhsili Mərkəzi yaradılacaq, Almaniyaya təcrübə səfəri təşkil ediləcək, «dəyirmi masa»lar, forumlar keçiriləcək, təlimçilər, yerli icmalar və sahibkarlar üçün təlim kursları açılacaq.
XS
SM
MD
LG