Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:07

Bu gün Buxarestdə qaz müqaviləsi imzalanacaq


Bu gün Buxarestdə Rumıniya, Azərbaycan və Gürcüstan arasında qaz müqaviləsi imzalanacaq. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin verdiyi məlumata görə, müqavilə sıxılmış Azərbaycan qazının Gürcüstan ərazisi vasitəsilə Rumıniyaya nəqlini nəzərdə tutur.

Rövnəq Abdullayevin sözlərinə görə, gələcəkdə bu layihənin texniki iqtisadi əsasnaməsini həyata keçirmək üçün işlər görüləcək. Daşınan qazın qiyməti layihənin dəyəri bilindikdək sonra məlum olacaq.

XS
SM
MD
LG