Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:32

Müvəqqəti hökumət Bakiyevi mühakimə etmək fikrindədir


Qırğızıstanın müvəqqəti hökuməti Kurmanbek Bakiyevi həbs edib, onu toqquşmalar zamanı onlarla insanın qətlinə görə mühakimə etmək fikrindədir. Bunu Qırğızıstanın yeni lideri Roza Otunbayeva bildirib. Otunbayeva artıq Bakiyevin qohumları və yoldaşlarının həbsi üçün order verildiyini deyib.

Ölkənin cənubundakı Cələlabad şəhərində olan prezident isə nümayişçilərə atəş açmaq əmrini vermədiyini bildirib. Bakiyev istefa verməyəcəyini, onu öldürmək cəhdinin Qırğızıstanı qana boğacağını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG