Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:45
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə xalq şairi Rəsul Rzanın Göyçay rayonundakı Ev Muzeyi yenidən qurulur.

1933-cü ildə inşa edilən və ümumi sahəsi 150 kv. metr olan 5 otaqlı evin tavanı, döşəməsi, qapı-pəncərələri, dam örtüyü, işıqlandırma sistemi müasir üslubda yenidən qurulub.

Evin həyətində yeni qazanxana inşa edilib və otaqlar istilik sistemi ilə təchiz edilib. Ev Muzeyinin 0,24 ha həyətyanı sahəsinə müxtəlif növ meyvə ağacları əkilib və ətrafda yeni hasar inşa olunub, həyətin giriş qapıları dəyişdirilib.

Muzeyin qarşısında xalq şairi R.Rzanın büstü qoyulub. Binada əsaslı təmir və bərpa işlərini «İnşaat-İ» MMC-nin briqadası aparır.

Muzeyin yenidən qurulmasında son tamamlama işləri görülür. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rza bu günlərdə atasının ev muzeyinə gələrək təmir-bərpa işləri ilə yaxından tanış olub, görülən işləri yüksək qiymətləndirib.

Mayın 17-də Ev Muzeyinin açılış mərasimi keçiriləcək. Tədbirə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Yazıçılar Birliyinin sədri Anar və bir çox tanınmış şəxslərin qatılacağı gözlənilir.

Xalq şairi R.Rzanın 100 illik yubileyi ilə əlaqədar mayın 19-da Bakı, Gəncə və Göyçayda bir sıra tədbirlər keçiriləcək.

APA

Günün bütün mövzuları

XS
SM
MD
LG