Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:02

Lex Kaçinskinin cəsədi Varşavaya gətirilib


Polşa prezidenti Lex Kaçinskinin cəsədi Varşavaya gətirilib.

Varşava ətrafındakı hərbi aerodromda mərhumun cənazəsini prezidentin səlahiyyətlərini icra edən Bronislav Komorovski, baş nazir Donald Tusk və digər ölkə rəsmiləri qarşılayıb.

Xatırladaq ki, Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi dünən Smolensk ətrafında qəzaya düşüb, Təyarədə olan 97 nəfərin hamısı həlak olub.

Ölkədə bir həftəlik matəm elan edib.

Həmçinin bazar ertəsi Rusiyada matəm günü elan edilib.

Prezident əvəzi Bronislav Komorovski iki həftə ərzində ölkədə yeni prezident seçkiləri təyin ediləcəyini bildirib.

Təyyarədəki hər iki qara yeşik tapılıb və hazırda Rusiyada qəzanın səbəbləri araşdırılır.
XS
SM
MD
LG