Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:33

Bakiyevlə danışıqlar gedir


ATƏTin Qırğızıstandakı numayəndəsi aprelin 10-da Bişkekdə jurnaslitlərə bidlrirb ki, Qırğızıstanın yeni hakimiyyəti ilə devrilən prezident Bakıyev arasında danışıqlar başlaya bilər. Danışıqların detallarını açıqlamayan ATƏT nümayəndəsi qeyd edib ki, müvəqqəti hakimiyyət Bakiyevlə danışıqlara hazır olduğunu bildirib. Bununla bağlı ötən gecə Bakiyevin yaxın adamları ilə məsləhətləşmələr aparılıb.

Eyni zamanda Bişkekdə keçirilən matəm mərasimində müvəqqəti hakimiyytə başçılıq edən Roza Otunbayeva bəyan edib ki, Bakiyev hakimiyyəti öz xalqına qarşı silah işlədərək onlarla insanın ölümünə bais olub.

Bakiyevin yeri dəqiq deyil, onun ölkənin cənubunda, Cəlilabad şəhərində olduğu ehtimal edilir. Müvəqqəti hökumət Bakiyevə hakmiyyət imtina etdiyi təqdirdə ölkəni tərk etməyə imkan yaradacağını bəyan edib.

AzadliqRadiosunun müxbiri xəbər verir ki, Qırğızıstanda həyat normal axarına qayıtmaq üzrədir.

XS
SM
MD
LG