Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:58

Azərbaycanda Qırğızıstan hadisələri baş verə bilərmi?


Məmməd Süleymanov və Rasim Musabəyov

Məmməd Süleymanov və Rasim Musabəyov

«Panorama» verilişində politoloq Rasim Musabəyov və jurnalist Məmməd Süleymanov bu məsələni dəyərləndiriblər.

Rasim Musabəyov:

«Məncə Azərbaycanda Qırğızıstan hadisələri təkrarlana bilməz. Birincisi ona görə ki, Azərbaycanda hakimiyyət oturuşub. Üstəlik, Azərbaycandakı bəzi siyasi qüvvələr xaotik hərəkatdan çəkinirlər. Başa düşürlər ki, Azərbaycandakı çaxnaşmalardan Ermənistan yararlana bilər. Üçüncüsü isə Azərbaycan hakimiyyəti Kurmanbek Bakiyevlə müqayisədə qat-qat güclüdür. Çünki Azərbaycan hakimiyyətinin əlində böyük maddi vəsait var. Bundan başqa, güc orqanları prezidenti müdafiə edir. Ən nəhayət, Azərbaycana böyük pullar gəlir. Korrupsiya olsa da, ölkəyə gələn böyük pullardan aşağılar da bu və ya başqa formada bəhrələnə bilirlər. Ortalıqda bölüşdürülən böyük pullar istər-istəməz ətrafa da səpələnir. Ona görə də hakimiyyət sosial narazılıqları idarə edə bilir. Qırğızıstanda adambaşına düşən daxili məhsulun həcimi 1000 dollardır. Bu rəqəm Azərbaycanda 5 qat yüksəkdir. Baxın, Özbəkistanda rejim daha sərtdir. Ancaq orada da Qırğızıstan hadisələrinin təkrarlanmasını gözləmirəm…»

Məmməd Süleymanov:

«Gəlin belə deyək ki, qiyamın da, inqilabın da baş verməsi üçün obyektiv amillər var, ancaq subyektiv amillər yoxdur. İnsan iradəsi yoxdur. Baxın, Azərbaycanda da 2000-ci ildə Şəkidə, 2002-ci ildə Nardaranda, bu il isə Bənənyarda kütləvi hadisələr baş verdi. Ancaq bu hərəkatlar elə beşikdəcə boğuldu. Nədən? Ona görə ki, Azərbaycanda hakimiyyət güclüdür. Qırğızıstanda Bakiyev müdafiə nazirini həbs etmişdi və bu orduda ona qarşı narazılıq yaratmışdı. Üstəlik, Azərbaycanda nomenklaturada parçalanma yoxdur. Bu proses 2005-ci ildən sonra dayanıb. Üçüncüsü isə Azərbaycanda müxalifət və ideologiya yoxdur. Düzdür, Qırğızıstanda da ideologiya yoxdur. Ancaq orada hakimiyyət zəif olduğundan, buna heç ehtiyac da yox idi…».

FORUMDA MÜZAKİRƏLƏRƏ QATIL

Buna da bax:

XS
SM
MD
LG